Balla yumurta sarısının qarışığı özündə hədsiz sayda vitamin, mineral, zülal və karbohidrat birləşdirir. Üstəlik, ona sıxılmış limon suyu bu dadı daha da qiymətli edir. Orqanizmi təmizləyir, gücləndirir, arıqladır, adamı tox tutur.
I gün:
Səhər: 2 yumurtanın sarısını 1 çay qaşığı balla qarışdırıb (mikser və ya blenderdə), 1 fincan limonlu çayla için.
Günorta: 90 gr yağsız pendir, bir çay qaşığı bal qatılmış qəhvə
Axşam: kiçik boşqabda bulyon, bir dilim qara çörək, alma Yatmazdan əvvəl: limonlu açıq rəngli çay
II gün:
Səhər: yenə də balla yumurta sarısı qarışığı, qəhvə
Günorta: bal, yumurta qarışığı, 100 qr kəsmik, limonlu çay
Axşam: toyuq əti, tərəvəz salatı, limonlu çay
III gün:
Səhər: bal yumurta qarışığı, limonlu çay
Günorta: 50 qr yağsız pendir, qara çörək, 200 qr kələm-kök salatı (üzərinə limon sıxılmış)
Axşam: 300 qr buğda bişmiş tərəvəz, yumurta, bal qatılmış çay
Pəhriz həftələri zamanı hansı mayelər içilməlidir?
SU – gündə minimum 3 stəkan. Yaxşı olar ki, suya bir azca limon suyu sıxasız. Təbii ki, təzyiqiniz imkan verirsə.
OLMAZ: distillə olunmuş su, qazlı, şirəli. Distillə edilmiş suda mineral və duz yoxdur. Bu su bədəni qurudur.
ÇAY: yaşıl çay, rəngi açıq qara çay şirniyyatsız, qəndsiz içilməlidir. Çayı quru meyvə və balla içə bilərsiz. İndi mağazalarda bol olan meyvəli çaylardan istifadə edin. Kəskin qoxulu, acı və yandırıcı otlardan dəmləmələrlə ehtiyatlı olun, çünki ac qalmış mədə qişasını yandıra bilərsiniz.
KEFİR VƏ QATIQ: hər axşam yatmazdan əvvəl bir stəkan yaxşıca çalınmış qatıq və ya kefir için.
AYRAN OLMAZ: çünki iştahı artırır, adamı tez acıdır.
SÜD QƏTİ OLMAZ: süd bəzən pəhriz menyusu ilə tərs-mütənasib olur və mədə-bağırsaq sistemini pozur.
İştahı kəsən içkilər
Bal və limon qatılmış su və ya çay
Quru meyvələrdən bişirilmiş kompot
Kvas
İtburnu dəmləməsi
Tarix: 20.12.2012 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 566 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri