Qadınların qorxulu röyası olan tüklənmə və onun müalicəsi
Qadınların rastlaşdıqları ən önəmli problemlərdən biri olan normadan artıq tüklənmə onların cəmiyyət içərisində də sıxıntı keçirməsinə səbəb olur. Əsasən hormonal pozğunluqlar nəticəsində meydana çıxan bu tüklənmələrin qarşısını bir sıra vasitələrlə almaq da mümkündür əslində.
Bəs bunun üçün hansı vasitələrdən istifadə etmək daha məqsədəuyğundur?
Qadınlarda olan yüngül tuklənmə tipli əsasən genetik və irsi faktorlarla əlaqələndirilirsə əgər normadan artıq olan tüklənmələrin isə hormonal pozğunluqlarla bağlı meydana çıxdığı ehtimal olunur.
Hədsiz qıllanmalar bəzi qadınlarda kişi hormonlarının normadan artıq olması nəticəsində meydana gəlir. Bu zaman tüklər sərt və tünd rəngdə olurlar. Belə qadınlarda tüklənmə yetkinlik dövründə başlayar, 30 yaşlarına kimi artım müşahidə olunar və ondan sonra isə olduğu kimi qalar.
Tüklənmə ilə bağlı şikayəti olan xanımlara verilməli suallar:
- Aybaşı pozğunluqları, aybaşıdan kəsilmək və ya sonsuzluq kimi problemlər varmı?
-Tüklənməyə səbəb ola biləcək hər hansı bir dərman maddəsi qəbul olunubmu?
-Şəkər xəstəliyi, təzyiq kimi hər hansı bir sistematik xəstəlikləri varmı?
-Baş ağrısı, yaxud aybaşı zamanı ürəkbulanma olurmu?
-Döşlərə süd gəlməsi, əl və ayaqların böyüməsi kimi anormallıqlar olurmu?
Tüklənmə şikayəti ilə gələn xəstənin ilk növbədə tüklənmə artımının normal, yoxsa patoloji tüklənmə olduğu həkim tərəfindən təyin olunmalıdır. Şikayət olunan tüklərin bədəndə yerləşdiyi nahiyyələr,onların formaları və miqdarı da çox önəmlidir.
Qadınların bədəninin müxtəlif nahiyyələrində olan tüklərin miqdarı və sıxlığına müvafiq olaraq bəzi analizlər aparılmışdır. Bu qıllanma nahiyyələrindəki tüklərin miqdarı 4-8 arasındadırsa normal qıllanma , 8-16 arasındakı miqdar yüngül qıllanma, 16-dan yuxarı isə normadan artıq olan qıllanma kimi qəbul edilir.
1. Qadınlarda əmələ gələn bu qıllanma yalnız estetik bir problemdirmi, yoxsa başqa səbəblər də varmı?
Xüsusilə də normadan artıq olan qıllanmanın yalnız estetik problemlə heç bir əlaqəsi yoxdur. Bir çox növ xəstəliklər qadınlarda normadan artıq tüklənməyə səbəb ola bilər.
2. Yumurtalıq və böyrəklərin kişi hormonlarının normadan artıq olması
Çox sıx rast gəlinən və əhəmiyyət kəsb edən xəstəliklərdən olan yumurtalıq kistaları ilə birlikdə polikistoz yumurtalıq (over) sindromu kişi tipli qıllanma,aybaşı pozğunluqları, dərinin artıq yağlanması, üzdə və kürəkdə sızanaqlar, sonsuzluq, hipertenziya, Tip 2 diabet, lipid pozğunluqları və ürək xəstəliklərinə səbəb ola bilər. Bu zaman adətən kişi hormonları artmış olur.
3. Boyrəküstü vəzidə anadangəlmə olan çatışmazlıq
4. Prolaktinin (süd vəzisi hormonunun) artıqlığı
Bəzi xəstəliklər nəticəsində böyümə hormonunun artması nəticəsində meydana gələn Akromeqaliya (boy,əllər və ayaqlar normal insanlara nisbətən daha uzun olur, alın qabarıq forma alır)
5. Köklük; xüsusən də qarında piylərin artması ilə bağlı yaranan köklük. Belin ölçüsü xanımlarda 94 sm-dən çox olarsa bu artıq köklük sayılır.
6. Bəzi hallarda isə səbəbi bilinməyən tüklənmələrə də rast gəlinə bilər ki,bu da ailədən gələn problemlərlə, ya da irsiyyətlə əlaqələndirilər. Həmçinin bir sıra hormonal dərmanların uzun müddətli qəbulu da tüklənməyə səbəb ola bilər.-Bəs tüklənmənin müalicəsi varmı? Əgər varsa nədən ibarətdir?
İncə və sərt olmayan tükləri epilyasiya vasitəsilə aradan qaldırmaq olar. Bu kosmetik müalicə ilə paralel olaraq dərman müalicəsi də təyin olunur. Bu müalicə metodu vasitəsilə tüklənmə adətən 8-16 ay müddətində azalar və sonra tüklərin inkişafında dayanma müşahidə olunar.
Polikistoz sindromu nəticəsində meydana gələn normadan artıq tüklənmələr xüsusilə hamilə olmaq istəməyən qadınlarda bir sıra hormonal dərmanların düzgün təyinatı ilə aradan qaldırıla bilər.
Artıq çəkili xanımlarda isə sadəcə çəkilərini azaltmaqla belə tüklənmədə nəzərə çarpacaq dərəcədə azalmalar baş verə bilər.
Xanımlar ümid edirəm ki ,bu məlumatlar sizə maraqlı gələcək.
Tarix: 05.12.2012 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 670 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri