Amerika dietoloqları uzun müddət dəri üzərində araşdırmalar aparıblar. Alimlər beş məhsulun adını çəkiblər ki, bunlar gözəllik salonlarına getmədən dərini parlaq və sağlam edə bilir.
Kakao: tərkibində yüksək səviyyədə flavanollar var. Bu bitki tərkibli maddə antioksidant xarakterə malikdir və dərini zərərli günəş şüalarından qoruyur. Bundan başqa, dərini daha hamar etmək üçün çimərkən vannaya 1/8 stəkan kakao və 1/3 stəkan yağsız quru süd əlavə etmək olar.
Kəsmik: Kəsmiyin tərkibində yüksək səviyyədə ağartı var ki, bu da kollaqqenin istehsalı üçün vacib olan qidalandırıcı maddədir. Məhsulun tərkibində olan lifli maddələr dərinin cavan görünməsini təmin edir.
Çiyələk: Vitamin C ilə zəngindir. Bu da dərini pis ekologiyadan qoruyur.
Avokado: bu məhsullar arasında gözəllik kralıdır. Avokado antioksidantlarla və mübadiləsiz yağlı kislotlarla zəngindir. Bu da dərini hamarlaşdırır.
Çay: bütün çaylar dəri gözəlliyi üçün faydalıdır. Yaşıl və ağ çay isə xüsusilə, çünki onların tərkibində daha çox antioksidant var nəinki qara çayın.
Kofe: dərini günəş şüalarından qoruyur, dərinin boşalmasına və qırışmasına səbəb olan kollagen və elastin dağılmasının qarşısını alır.
Tarix: 01.12.2012 / 18:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 531 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri