Ruhən azad olmayan qadın uşağına necə tərbiyə verə bilər?
Rayon yerində kişilər günlərini çayxanalarda keçirir, qadınlarsa bütün işləri hətta ağır işləri görür.
O qadınların nə oxumaq, nə işləmək (ürəyi istəyən işdə) haqqı var. ancaq evdə olmalıdır, ev işləri, həyət işləri . Kişilər də dincəlməlidir. Həyat budur, belə gəlib belə gedir, kiməsə qadın hüquqlarını başa salmaq çox çətindir. Qadınlar işləməli deyil, artıq söz deməli deyil. Artıq bir hərəkət edən kimi başından vururlar. Heç gedib oxumağa da imkan vermirlər, onsuz da evdə oturacaq, uşaqları tərbiyə edəcək. Məgər uşaqlara tərbiyə savadla birgə verilmir? Yoxsa uşaqlara ancaq manqurtlaşma öyrədilir? Onlara da körpəlikdən beyninə yeridilir ki sən qızsan ya sən oğlan. Onalr da böyüyəndə anasının yolu ilə gedir, yenə hüquqsuzluq, yenə imkanların bərabər olmaması.Əgər qızı oxutdurublarsa, o zaman niyə diplomu sandığa qoyub ağzını bağlayırlar?
Qəribəsi odur ki, hər kəs oğluna oxumuş qız almaq istəyir, amma heç kim qızlarını oxutmaq istəmir. Oxudanlar da qızlarını ərə verəndən sonra qızın yeni ailəsi qızı işləməyə qoymur, o zaman niyə oxumuş qız alırlar? Yoxsa qızın diplomu həlledicidir? Bəs diplomsuz qızlar neyləsin? Diplomun hörməti qızdan bu qədərmi artıqdır? Bəs dioplomu alan qızın hörməti? Yoxsa hörməti yoxdur? Axı diplomu da qız alıb, əgər qızı oxutdurublarsa, o zaman niyə diplomu sandığa qoyub ağzını bağlayırlar? Bəlkə qızın gələcəyini düşünürlər ki, birdən ərinlə yola gedib boşanarsan, o zaman paslaşmış diplomu çıxararsan, bəlkə köməyi dəydi. Əgər dəysə.
Onsuz da xeyri yoxdur, qızları oxutsan da, oğlunu evləndirməyə diplomlu qız axtarsan da, ya diplomsuz qız aldın, fərq etməz, hamısını evdə 4 divar arasında saxlayassan, nə söz deməyə imkan verəssən, nə də işləməyə. Səsini qaldırsa, atası evinə göndərərsən ya vurub ağzını əzərsən. Zorakılıq halları onsuz da ölkədə var, etiraf etməsək belə.
Nə qədər ölkədə stereotiplər var, hələ də mənasını dərk etmədiyim milli-mənəvi dəyərlər, mental fikirlər var, çətin ki qadınların hüquqları qoruna.
Bir tanışım deyirdi ki, Azərbaycanda qadın olmaq çox çətindir. Doğurdan da çətinmiş, qadın hər bir addımını cəmiyyətin gözüylə atır, kənardan qadına daha çox nəzarət və ictimai qınaq var. Kişi üçün heç bir problemi yoxdur, istər evə gecə gəl, istər küçədə sərxoş ol, istər küçədə başqa qadınlara sataş. Heç kim söz deyən deyil, axı o kişidir. Kişi hüquqları anlayışı olmasa da kişilərə böyük üstünlüklər var. Görünür ölkədə kişi hüquqları pozulmur, ya da pozulanda biruzə vermir, yəqin utanır. Qorxur insanlar görər lağa qoyar.
Bu yaxınlarda 4 uşaq atasını həyat yoldaşı deyilənə görə döyüb evdən qovub. Yazıq kişi də qalıb qapının ağzında. Bir yerə şikayət də edə bilmir ki kişi hüquqları pozulub. Yəqin kişi hüquqları anlayışını da gündəmə gətirmək lazımdır. Onsuz da hara baxırsan qadın hüquqları, qadın haqlarını "qoruyan" təşkilatlar, feministlər. Nə qədər çox olsa da yenilik yoxdur, onsuz da hər yerdə qadınların hüquqları pozulur, şikayət edən qadına da pis baxırlar.Qadınlar şikayət edəndə "bizim dəyərlərimiz var, ayıbdır" deyirlər kişilər.
Bu dəyərləri kim ortaya çıxarıb, nədən ibarətdir, hansı ölçülərə malikdir bunu başa düşmürəm. Kimsə də başa salmır ki, bu əndrabadi şeylər nə olan şeydir. O vaxtlar ortaya çıxan Tarixi Nadiri yarıya qədər oxudum heç orda da bu mənəvi dəyərlərə rast gəlmədim. Görünür, Nadirin dövründə bu qədər problemlər yox idi, milli dəyərlərə də ehtiyac yox idi. Indi ölkə dəyişib, daha da inkişaf edir, insanların düşüncələri dəyişir, artıq insanlar milli dəyərlərini hazırlamağa başlayırlar. Amma bu dəyərlər kimi müdafiə edir, onu da anlamaq olmur. Bəlkə də kişilər üçünmüş bu dəyərlər. Axı kişi hansısa hərəkət edəndə, qadınlara sataşanda, həyat yoldaşına xəyanət edəndə, arvadını döydükdə, evə gec gələndə yaxud günlərlə gəlməyəndə heç kim heç nə demir, uzağı qohum, tanışlar bir balaca kişini utandırmağa çalışırlar vəssalam. Otur evində, eşiyində arvadının yanında. Bundan başqa ona heç kim bir söz demir. Qadın da ona etiraz edə bilmir. Qadın nə desin? Gedib haqqını tələb edəcək, deyəcəklər o kişidir ona olar. Səsini kəs otur ərinin yanında. Vəssalam.
Azərbaycanda qadının nə sözü var, nə haqqı
Bu hərəkətləri qadın edə, o zaman hər kəs danışacaq. Qadın ərinə etiraz etdi yaxud xəyanət etdi? Vəssalam qanı getdi, kənd yeri olsa öldürərlər, şəhər yerində bir az humanistlik göstərərlər, mentalitetə ziddmiş qadın xəyanəti, cəzası da ağırdır, ən yüngülü boşanma. Hara istəyir getsin. Hər kəs qadını qınayacaq, günahlandıracaq, hər kəs ondan üz çöndərəcək. Axı o xəyanətkardır, ərinə xəyanət edib.
Maraqlı vəziyyət yaranır. Kişi həyat yoldaşına xəyanət etdikdə, ona baxmayanda heç kim söz demir, onu qınamır. Qadın ərinə xəyanət etdikdə, onun sözü qarşısında söz dedikdə ictimai qınaq obyektinə çevrilir, onu qınayırlar. Görünür qadının hərəkətləri mental fikirlərlə qiymətləndirilir, kişilərinki isə yox. Azərbaycanda qadının nə sözü var, nə haqqı. Tələb də etsə irad bildirəcəklər. Qadının hüququ varmış yalnız kağızda. Onsuz da müdafiə edən yoxmuş, imtina edin bu hüquqlardan getsin. Bəlkə bu yolla onların hüquqları tanına .
Tarix: 06.12.2012 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1111 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri