Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdə paltar qurutmanın zərərləri

Səbəbi hər nə olursa olsun hər mövsüm paltarlarını içəridə qurudanlara bəd xəbər! Paltarları evdə qurudarkən insan sağlamlığına ciddi nisbətdə zərər verdiyini bilirdinizmi?
"Hər kəsin seçimi olan yuyucu tozların içində olan kimyəvi maddələr, suda əriyərək çirkli paltarlarımızı təmizləyər. Təbii ki, bu kimyəvi tullantılar yuma əməliyyatından sonra durulamağa baxmayaraq paltarlarımızda bir miqdar qalır. Qurutma əməliyyatı əsnasında su ilə birlikdə buxarlanaraq,atmosferə yayılaraq kimyəvi tullantı çirkliliyinə səbəb olur. Bu səbəblə paltarlarımızı bağlı mühit yerinə açıq havada qurutmaq ən doğru variantdır.
Şəhər mühitində açıqda paltar qurutmaq artıq get-gedə lap çətinləşir. Bu səbəblə paltar qurutduğumuz otaqların yaxşı havalandırılması, bu mühitdə yaşlı və ya körpələrin qalmaması məsləhətlidir. Qurutma maşınları yaxşı bir alternativ olsa da, elektrik enerjisi istehlak etməsi səbəbiylə ailə büdcəsinə zərərli olur. Mütəxəssislər evin içində başqa bir qurutma imkanının olmadığı hallarda paltarların pəncərələrin yaxınlığında sərilmələri məsləhətini görürlər.
"Şotlandiyanın Qlazqo şəhərində olan Mackintosh Ətraf mühəndisliyi Araşdırma Mərkəzinin araşdırmasına görə qurumaq üçün otaq içində asılan geyimlər evin içindəki nəmlik balansınıpozur və bu vəziyyət də bəzi xəstəliklərə yol açır.Paltar maşınından çıxan paltarların quruduqları sahədəki buxarlanma nisbətini ölçmüşlər. Nəticədə bu sahələrdəki havanın xərçəngə belə səbəb ola biləcək dərəcədə zərərli kimyəvi maddələr istehsal etdiyini müşahidə etdilər. Təyin olunan kimyəvilər arasında 7 ölümcül hava çirkləndirici maddə və 25 zərərli maddə olduğu aşkara çıxdı. Bu maddələrdən 2 -si, Asetaldehit və benzen də bu maddələr arasında var.
Elm adamları artan nəmin ev içindəki kif və kiçik böcəklərin inkişafları üçün daha uyğun şərait meydana gətirdiyinə işarə edərək, başda astma olmaqla yuxarı tənəffüs yolu xəstəliklərinə də yol açdığını bildirmişlər.


Tarix: 01.12.2012 / 18:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 500 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...