Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar gündə neçə dəfə güzgüyə baxır?

İngiltərədə keçirilmiş sorğu zamanı xanımların gündə neçə dəfə güzgüyə baxaraq zahiri görünüşlərini "nəzarət altında" saxlamağa çalışdıqları araşdırılıb.

Orta statistik xanım gündə ən azı 8 dəfə güzgüyə baxır.
İşləyən xanımlar zahiri görünüşlərini yoxlamaq üçün qarşılarında duran kişilərin gün eynəklərinə, maşınların pəncərə şüşələrinə və hətta smartfonların ekranlarına da baxmaqdan vaz keçmirlər.

Hər 10 qadından biri yolda olanda maşının yanından keçəndə pəncərə şüşəsinə baxır. Sorğuya qatılmış xanımların 39 faizinin dediyinə görə, pəncərə şüşəsində "vəziyyəti yoxlayandan sonra" özlərini daha yaxşı hiss edirlər.

Mançester Universitetinin psixoloqu, professoru Kristin Bandinin dediyinə görə, qadınların sürəkli olaraq güzgüyə baxmaları onların özlərini bəyənmələri demək deyil.


Tarix: 20.12.2012 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...