Ətir vurma qaydaları
Duşdan dərhal sonra
Ətir quru dəriyə nisbətən nəm dəriyə daha yaxşı hopur. Yalnız bundan sonra bədəninizə qoxusuz nəmləndirici losyon vurun – o sizin dərini hamarlaşdıracaq, ətrin qoxusu isə uzun müddət qalacaq.Düzgün nayihələrə vurun
Yəqin, artıq bilirsiniz ki, ətir nəbz vuran hissələrdə daha yaxşı hiss olunur. Buna görə də ətri topuqlara, dizlərin arxa hissəsinə, boyun, bilək və qulaqların arxasına vurmaq məsləhətdir.
Şərf və saç lentinə
Ətrin molekulları parçada uzun müddət qalır. Ona görə də şərf və saç lentinə vurduqda hərəkət zamanı ətrin qoxusunu hiss edəcəksiniz.
Vəziyyətə uyğun olaraq
Ədviyyatlı xörəklər və isti içkilər bədən temperaturunu yüksəldir. Bu halda ətir daha güclü hiss ediləcək. Odur ki, təkrar ətirlənməyə tələsməyin. Deserti gözləyin, ətri hiss etməsəz yenidən ətirlənin.
Öz əllərinlə ətir hazırla
Heç kimdə olmayan unikal və orijinalətir hazırlamaq istəyirsənsə, müvəqqəti olaraq ətriyyatçı ol.
Ətrin hazırlanması üçün bizə 2 efir yağı lazımdır. Onları apteklərdən və ya spa-prosedurlar üçün vasitələr satılan mağazalardan almaq olar. Ikidən artıq yağı qarışdırmayın, yoxsa komponentlər öz gözəlliyini bütünlüklə aça bilməyəcək.
Efir yağları seçərkən, ətriyyatçıların məsləhətlərindən istifadə edin: eynirəngli inqredientlərdən olan yağları bir-birilə uyğunlaşdırın (məs: sarı rəngli – mimoza və limon, bənövşəyi – lavanda və jasmin, qəhvəyi – kakao və səndəl ağacı).
Kiçik flakona 2 müxtəlif efir yağından bərabər miqdarda süzün. Çalxalayıb iyləyin. əgər bir komponent digərindən daha az hiss olunursa, ondan flakona bir neçə damcı daha əlavə edin.
Hazırladığınız ətri sərin yerdə saxlayın.
Sizin ətirlər haqqinda sirriniz varmi?
Tarix: 07.12.2012 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 462 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri