Sual: Bir nəfər yetim evindən övladlığa uşaq götürmək istəyirsə, məsul şəxslərə onun bu diləyini yerinə yetirməsi icazəlidir?
Cavab:Həmd Allaha məxsusdur.
Övladlığa götürmək iki növdür: qadağan olunmuş və icazə verilmiş.
1. Qadağan olunmuş növ bundan ibarətdir: övladlığa götürülən uşaq övladlığa götürən tərəfindən öz (doğma) övladı kimi qəbul edilərək götürülür və (bir valideyn ilə doğma övlad arasında) uşağa dair hökmləri ona tətbiq edir. Bu icazəli deyil. Allah təala Qurani Kərimdə bunu qadağan etmişdir.
“Allah... oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir”. (əl-Əhzab 33:4)
2 Şəriətdə icazə verilən (mübah) və müstəhəb sayılan növ:
Uşağa ehsan etmək (yaxşı, gözəl davranmaq) və ona gözəl dini tərbiyə vermək və onu doğru istiqamətləndirmək, dini və dünyası üçün ona faydası olan şeyləri öyrətməkdən ibarətdir. Bununla belə, uşaq yalnız o kəsə verilməlidir ki, əmin (etibarlı) biri və gözəl əxlaq sahibi olduğu, uşağın qayğısına qalacaq biri olduğu onda öz əksini tapsın.
Həmçinin yerli sakin olmalıdır ki, gələcəkdə uşağı özü ilə dini bağlılığının, imanının əksər vaxt fəsada uğramasına səbəb təşkil edəcək bir ölkəyə aparmasın. Əgər həm uşaq, həm də övladlığa götürən valideynlərdə qeyd olunan bu şərtlər qarşılanarsa, o halda nəsəbi, nəsli məchul (bilinməyən) olan atılmış uşağı ona (övladlığa götürənə) təhvil verməkdə bir qəbahət yoxdur. Allah sizi hifz etsin.
Hörmətli Şeyx Muhəmməd ibn İbrahim (Allah ona rəhmət etsin)
Tarix: 03.04.2013 / 22:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar