Sual: Sizə çox mühüm və təcili bir sualım var. Həqiqətən də sualıma təfsilatlı cavab istəyirəm, belə ki, sizin cavabınız mənim həyatımda dönüş yarada bilər, onu dəyişə bilər!!! Daha çox məlumat lazımdırsa mənə məktub yazın. Xahiş edirəm sualımın uzun olduğu üçün səbirli oldun, çünki düşünürəm ki, sizi nə qədər çox məlumatlandırsam, sualıma bir o qədər dolğun cavab verəcəksiniz.
Mən Qərbdə yaşayıram və müsəlman ailəsində dünyaya gəlmişəm. Hələ yeniyetmə yaşlarımdan islamda fəal olmuşam. Cavan yaşlarımdan bəri islama iman gətirmişəm və hətta insanların namaz qılmadan necə yata biləcəklərinə təəccüb edirdim!!
İndi çox yaşlanmışam və tamamilə dəyişmişəm. İslama və Allaha olan etiqadım yoxa çıxıb. Əsasən, ən pis açıq bir münafiq olmuşam. Qadınlardan uzaq dururam, lakin pornoqrafiyadan yox. Hazırlaşıram və bundan əl çəkməyə çalışıram, mənim zəifləməyimin səbəbi ola bilsin ki, məhz budur, lakin artıq başa düşmüşəm ki, çox gecdir. Çünki bu problemimin bir budağıdır və kökü deyil. Çünki problemimin kökü Allaha və islama iman məsələsidir. Bəzən düşünürəm ki, tənbəllik edirəm. Belə ki, Allah haqqında davamlı olaraq xətalı fikirlərə düşürəm, haradan gəlmişəm, islam, haqq və batil və s. Görünür ki, iman ilə küfr arasında, xüsusilə də namaz əsnasında mübarizə aparıram.
Namazı tərk etməmişəm, lakin artıq namaz da mənə kömək etmir. Siz məni görsəniz düşünəcəksiniz ki, görünüşümdən və sözümdən əməl edən biriyəm və s. Məscidə gedirəm, oruc tuturam, lakin əslində mən həqiqi bir münafiqəm, heç kəs məni tanımır. Mən bu cür davam edə bilmirəm. Sözün doğrusu mən qeyri-müsəlmanları dəvət edirəm, lakin qəlbimdə küfr edirəm, elə isə nə üçün mən bu cür edirəm??? Lakin Allah haqqında birbaşa müzakirə etdikdə çaşqınlığımdan əziyyət çəkirəm, belə ki imanımı itirmişəm və hər zaman saxta imandan əziyyət çəkirəm.
Cavab: Həmd Allaha məxsusdur.
1. Mənim qardaşım, bilin ki, istənilən bir insan üçün ən zəruri məsələ onun islama bağlılığı və onun imanıdır. Allah təala onun dinini əmin, salamat saxlayarsa, dünyəvi şeylərdən itirdikləri heç bir şeydən dolayı ona bir zərər toxunmaz. Allah Məliklərin Məliki və qəlbləri çevirəndir. Qəlbi gücləndirən və onu sabit edən yalnız Odur. Bu səbəbdən dolayı, ey qardaşım, sizə nəsihətim budur ki, Allaha dönün, çünki O sevən və rəhmli Rəbbimizdir. Qullarına qarşı çox Mərhəmətlidir. Allaha ixlasla dönsəniz və həqiqi yalvarışla ona dua etsəniz və imanınızı gücləndirmək, nəfsinizin, şeytanın vəsvəsələrinin şərrindən sizi qorumaq üçün Allaha dua etsəniz, o zaman bilin ki, Allah çox yaxındır və Ona dua edənlərin, çağıranların dualarına cavab verir. Bu mühüm həqiqəti unutmayın, çünki bu rahatlıq mənbəyi və problemlərdən çıxış yoludur inşallah. Həmçinin sizə Quran oxumağın, bol-bol səhər və axşam dua etməyin fəzilətini xatırlatmaq istərdim. Çünki bunların sizin qəlbinizə əmin- amanlıq və rahatlıq gətirməkdə böyük təsiri var.
2. Sizi Allahdan uzaqlaşdıran və şeytana, onun vəsvələrinə sizi daha da yaxınlaşdıran şeylərdən çəkinin. Sualınızda da qeyd etdiyiniz kimi, məsələlərdən biri pornoqrafiya və s. şeylərə baxmağınızdır. Çünki bir şəxs günahda israr edərsə, günahlar qəlbdə üst-üstə yığılır, toplanır, ta ki zülmət qəlbi bürüyür və artıq heç bir xütbə, xəbərdarlıq və moizədən təsirlənmir. Elə isə bu günahdan və digərlərindən tövbə etməyə tələsin, tövbənin şərtlərinə lazımınca riayət edin. Sizə digər məsləhətimiz budur ki, pis dostlarla oturmaqdan və sizi çaşqınlığa salan və yaxud sizdə şəhvət oyadan, təhrik edən yığıncaqlardan çəkinin; yaxşı inasanları axtarın və onlarla dostluq edin, çünki insan öz dostunun dini üzərindədir.
3. Sualınızdan göründüyü kimi siz spesifik psixoloji problemdən, ya maliyyə və yaxud sosial və ya digər səbəbdən əziyyət çəkirsiniz. Bunların da sizin əziyyət çəkdiyiniz vəsvəsələr üzərində təsiri var. Məsələ həqiqətən belədirsə, sizə nəsihət edirik ki, siz bu problemi tezliklə həll edin, çünki əziyyət çəkdiyiniz problemi həll etmək üçün bu çıxış yolu ola bilər. Bacardığımız qədər sizə kömək edəcəyik, inşallah.
4. Sizin məruz qaldığınız, yaşadığınız problemlər ola bilsin ki, ruhi əzab, sıxıntı və yaxud təşvişdir. Bunun bu və ya digər səbəbi var. Bilirsiniz ki, Allah xəstəliyi yaratmış, lakin həmçinin onun çarəsini də yaratmışdır. Məlumdur ki, sizə kömək edəcək dərmanlar da var. Allahın lütfü ilə inşallah dərmanlar bu cür xəstəliyi müalicədə sizə kömək edəcək səbəb ola bilər. Ona görə də, psixoloqdan müvafiq dərman haqqında soruşun.
Tarix: 05.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Maraqlı melumatlar