Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

mam cümə günü dua edərkən amin demək olarmı?

Sual: Xütbədən sonra imam dua edərkən amin demək bidətdirmi? Belə ki, imam dua edərkən biz “Amin” deyirik. Bu əməl bidətdir?

Cavab: Xütbə vaxtı imam dua edərkən “Amin” demək bidət deyil. İmam müsəlmanlar üçün dua etməyə başlayarsa, o zaman onun duasına “Amin” demək müstəhəb (üstün tutulan) bir əməldir. Lakin bu (amin demək) nə ahəng şəklində, nə də ucadan edilməməlidir. Əksinə, hər kəs fərdi şəkildə bunu söyləməli və alçaq səslə deməlidir ki, maneə və yaxud qışqırıq (səs-küy) olmasın. Hər bir fərd xatibin duasına sakitcə və digərlərindən ayrı olaraq “Amin” deməlidir.

Fətəvə İsləmiyyə, DARUSSALAM, cild 2, səh.477


Tarix: 05.04.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar
loading...