Şeyx Abdulla Cavadi Amuli (fars. عبدالله جوادی آملی)(1933)—İslam alimi, müctəhid.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
Həyatı
Ayətullah Şeyx Abdulla Cavadi Amoli 1312 hicri-şəmsi ilində Amul məntəqəsində ruhani bir ailədə dünyaya göz açmışdır. Atası höccətul-İslam vəl-muslimin Mirzə Əbul-Həsən Cavad Amoli öz zamanında Amolun məşhur ruhani və alimlərindən biri olmuşdur.
Ayətullah Cavad Amolinin həyatı şirin və maraqlı hadisələrlə zəngindir. Bu maraqlı hadisələrdən biri də onun dünyaya gəlişi ilə əlaqədardır. Yaxşı olar ki, bu hadisəni ustadın öz dilindən eşidək: "Bizim ailəmizə nəzir etmişdilər ki, əgər sağlam dünyaya gəlib sağ qalsam imam Rzanın (ə) ziyarətinə müşərrəf olum. Belə ki, atamın övladlarının çoxu dünyaya gəldikdən sonra ölürdülər. Qohumlaımızdan biri yuxuda böyük şəxsiyyətlərdən birinin atamın əlinə əsa verdiyini görüb yuxunu belə yozur ki, bundan sonra Allah atama əlinin əsası olacaq bir oğlan uşağı əta edəcək və bu uşaq sağ qalacaq. Yadımdadır, yeddi yaşına qədər hamı məni "nəzirli" kimi tanıyırdı. O günlərdə Xorasana səfər asan iş deyildi. Yeddi yaşına çatanda atam, anam və bəzi yaxınlarımız ilə birlikdə müqəddəs Məşhəd şəhərinə müşərrəf oldum. O zamanadək çalışırdılar saçımı az qırxsınlar. Uzun saçlarım var idi. Valideynlərim saçlarımı qırxıb ağırlığı qədər gümüşü imam Rzanın (ə) hərəminə təqdim etdilər".
Ayətullah Cavad Amoli ibtidai təhsilin Amolda başa vurduqdan sonra atasının elmi hövzəyə daxil olmaq haqqında təklifini qəbul edir. Hövzə elmlərinin müqəddiməsini, yəni nəhv, sərf, məntiq, üsul və s. müqəddimə xüsusiyyəti daşıyan elmləri Amol ustadlarının yanında, bəzi dərsləri isə atasından öyrənir. Daha sonra müxtəlif yerlərdə böyük ustadların dərslərindən bəhrələnir. O, təhsilini Tehran elmi hövzəsi və Mərvi mədrəsəsində davam etdirir. Oradad Ayətullah Şeyx Muhəmməd Təqi Amoli, Əbulhəsən Şərani, Mirzə Məhdi Muhyiddin İlahi Qomşei, Huseyn Fazil Tuni və digər böyük ustadlardan fiqh, üsul, məqul, heyət və irfan elmlərini öyrənir.
Tehran elmlər hövzəsindəki beş illik təhsildən sonra böyük Qum elmi hövzəsinə gedir və orada Ayətullah Brucerdi, Ruhullah Xomeyni, Seyyid Muhəmməd Huseyn Təbatəbai, Muhəqqiq Damad, Mirza Haşim Amolinin dərslərindən bəhrələnib elmi səviyyəsini daha da artıraraq fiqh, üsul, fəlsəfə, kəlam, irfan və Quran təfsiri kimi İslam elmlərində ali dərəcələrə nail olur. Onun İslam elmlərinin müxtəlif sahələri ilə bağlı dəyərli əsərlərindən aşağıdakıların adını çəkmək olar: "Namazın sirri", "Əl-həmasə vəl-İrfan", "Təsnim" ("Quranın tərtibi təfsiri"), "Quranın mövzui təfsiri", "İbadətlərin hikməti", "Nəhcul-bəlağədə nəzəri və əməli hikmət", "Rəhiqe Məxtum", "Cəlal və camal aynasında qadın", "Mərifət aynasında şəriət", "Mutəal hikmətin şərhi, dörd səfər", "Xilqətin sirri", "Vilayete ələvi" və s.
Tarix: 24.02.2013 / 17:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Maraqlı melumatlar