Sual: Narkotik maddələr qəbul edən ərindən qadın boşanma tələb edə bilərmi?
Cavab: Həmd Allaha məxsusdur.
Burada əsas qayda bundan ibarətdir ki, boşanma üçün bir səbəb olmadıqca qadının ərindən boşanma tələb etməsi caiz deyil. Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdur: “Heç bir səbəb olmadan ərindən boşanma tələb edən qadına cənnətin iyi haram olar”. (Əhməd 1874, Əbu Davud 2226, Tirmizi 1187; Şeyx Albani “İrva əl-Ğalil 2035” əsərində hədisi səhih olaraq təsnif etmişdir.
“Heç bir səbəb olmadan” kəlimələri “ərindən boşanma tələb etmək üçün onu (qadını) buna vadar edəcək heç bir çətinlik olmadan” mənasını daşıyır.
Əl-Hafiz ibn Həcər (Allah ona rəhmət etsin) “Fəth əl-Bari” əsərində demişdir:
“Ərlərindən boşanma tələb etməkdən qadınları çəkindirən rəvayətlər, boşanma üçün heç bir səbəb olmadığı hallara şamil edilir və bu cür başa düşülməlidir. Buna dair dəlil Səvban hədisidir...Daha sonra şeyx yuxarıda sözügedən hədisi qeyd etmişdir. Sitatın sonu.
Şözsüz ki, narkotiklərə aludə olmaq ciddi bir nöqsandır. Qadına həm dini, həm də dünyəvi cəhətdən zərər verir. Çünki, ərinin keyfli şəkildə onun yanına daxil olub onu vurmayacağına və yaxud təhqir etməyəcəyinə, həmin zaman qadının edə bilməyəcəyi bir şeyi ondan tələb etməməsinə dair heç bir zəmanət yoxdur.
Bu cür şey qadın üçün üzr sayılır. Qadının ondan boşanma tələb etməsini icazəli edir. Lakin məsləhətdir ki, qadın ərinə qarşı səbir nümayiş etdirsin və bacardığı qədər onu doğru yola gətirsin. Bunu etməyi bacarmazsa və onunla birgə qalacağı təqdirdə ərinin ona zərər verəcəyini düşünürsə, o halda qadının ərindən boşanma tələb etməsində heç bir xəta yoxdur.
Şeyx Muhəmməd ibn Üseymindən (Allah ona rəhmət etsin) soruşmuşdurlar:
Narkotiklərdən istifadə edən ərindən qadının boşanma tələb etməsinin hökmü nədir? Qadının onunla birgə qalmasının hökmü nədir? Həmçinin qeyd edim ki, qadına və onun uşaqlarına ərindən başqa baxan heç kim yoxdur.
O cavab vermişdir: Narkotiklərə aludə olan ərindən boşanma tələb etməsi qadına icazəlidir. Çünki, ərinin vəziyyəti məqbul deyil. Bu halda, qadın ondan boşanma tələb edərsə, uşaqlar yeddi yaşdan kiçikdirsə o zaman qadınla qalmalıdırlar, ata isə onlara xərcləməlidir. Ərinə nəsihət, məsləhət etməklə onu doğru yola gətirmək üçün qadın onunla qalmağı bacararsa, o zaman bu daha yaxşıdır. Sitatın sonu.
Fətəvə əl-Məra əl-Muslimə (2/745,746)
Tarix: 04.04.2013 / 22:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 109 Bölmə: Maraqlı melumatlar