Sual: Mən ailə qurmaq istəyirəm və mənə yaxşı bir ailə tərbiyəsi almış müsəlman bir qız göstəriblər, (Allahın neməti sayəsində) Qurandan çox əzbərləyib. Yaxşı bir ailədəndir və mənimlə o eyni irqdənik, eyni tərbiyə almışıq. Sözün düzü heç mən də zahirən onu heyran etməmişəm. O gözəldir, lakin mənim üçün o qədər də yox. Bilmək istəyirəm ki, onun imanı, gözəl ailəsi, Qurana münasibəti, münasib qaydada geyim tərzi və s. evlənmək üçün kifayət edir? Yoxsa, ən doğrusunu Allah bilir deyə söyləyərək onunla evlənmək üçün addım atmalıyam? Zahiri görünüş evlilikdə nə qədər mühüm amil hesab edilir? O zahirən mənə görə o qədər də çirkin deyil, lakin mənim zövqümə görə gözəl deyil. Allah mənə hidayət versin.
Cavab: Həmd Allaha məxsusdur.
Evlənmək niyyətiniz varsa imanlı olanı axtarın. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bu cür nəsihət edərək buyurmuşdur: “Sən din xüsusiyyətinə üstünlük versən əlin xeyirə çatar”.
Evlənmək üçün seçim edərkən “digər amillər nəzərə alınmamalıdır” deyə, belə bir əsas yoxdur. Gözəllik və s. kimi amillər. Çünki bu cür amilləri nəzərə almaq evlənən şəxsin baxışlarını aşağı salmaqda ona kömək edəcəkdir. Bu elə bir məsələdir ki, bunlar nəzərə alınmalıdır. Belə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bunu qeyd edərək demişdir: “Dörd xüsusiyyətə görə qadınla nikah bağlanır:...”və gözəlliyi bu dörd şeydən biri kimi qeyd etmişdir. Qadın sizin üçün gözəl olmadığına görə ona qarşı pis rəftar edəcəyinizdən qorxursunuzsa, evlənmək üçün irəli addım atıb onunla nikah bağlamayın. Ən doğrusunu Allah bilir.
Şeyx Abdulkərim əl-Xüdeyr
Tarix: 02.04.2013 / 20:57 Müəllif: *Beyaz_Gul* Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar