Sual: Quranı mahnı ritmində və yaxud mahnılardan götürülən qaydada oxuyan bir şəxs haqqında rəyiniz nədir? Xahiş edirik bizə nəsihət edin. Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab: Həmd Allaha məxsusdur.
Mömin bir kəs Quranı oxuyarkən mahnı və yaxud müğənnilərin oxuduğu tərzdə oxumamalıdır, caiz deyil. O Qurani Kərimi bizim sələfi salehlərimiz (saleh əcdadlarımız), Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələri və onlara haqq yolunda tabe olanların oxuduğu kimi oxumalıdır. Quran uyğun səs melodiyası (tərtil) ilə, ciddi, hüznlü və təqvalı (Allahdan qorxaraq) müti tərzdə oxunmalıdır ki, ona qulaq asanların qəlblərinə və həmçinin onu oxuyanın özünə təsir etsin.
Müğənnilərin oxuduğu kimi Quranı oxumaq olmaz.
Tarix: 05.04.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar