Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Isa Peyğəmbərin arvadi olub...

Xristian tarixçisinə görə, papirus qırıntısında yazılmış, İsa Peyğəmbərin arvadı olduğuna açıq istinad edən qədim yazı aşkar edilib.

Harvard universitetinin ilahiyyat professoru Karen King 4-cü əsrdən qalan Koptik yazını Romada, konfransda təqdim edib.

O deyib ki, tədqiqatçılar yazının içində "İsa peyğəmbər onlara dedi, 'mənim arvadım'” sözlərini aşkar edib və bu, Mariya Maqdalenə istinad ola bilər.

Xristian ənənəsinə görə İsa peyğəmbər evlənməyib – lakin K. King deyib ki, xristianlığın ilk illərində bu sual altında idi.

O əlavə edib ki, bu provokativ tapıntı nikahsızlıq və qadınların xristianlıqda rolu haqqında müzakirələr yarada bilər.

Lakin bəzi ilahiyyatçılar bu məlumatı inamsızlıqla qarşılayıb.

Tennessee ştatında işləyən professor və protestant keşişi Jim West bunu deyib: "Papirus qırıntısında yazılan balaca yazı heç nəyi təsdiq etmir. Bu sadəcə kontekstsiz bir ifadədir.”

Həmin konfransda iştirak edən tanınmış Koptik linqvist Wolf-Peter Funk deyib ki, "ağılsız yazılarla dolu minlərlə papirus qırıntıları” var və bu qırıntıya aid olan bir çox sual hələ də cavabsız qalıb.


Tarix: 03.12.2014 / 17:28 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar
loading...