Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YEMƏK VƏ İÇMƏKDƏ HALAL VƏ HARAM

Allahdan qorxmayan kimsələr pulu necə qazandıqlarına və hara xərclədiklərinə fikir vermirlər. Onlar bütün arzu və istəkləri yalnız var-dövlətlərini nə yolla olursa-olsun artırmaqdır. Oğurluq, rüşvət, saxta sənəd düzəltmək, haram şeyləri satmaq, sələmçilik, yetim malını yemək, musiqi, falçılıq, fahiş işlər, başqalarını pulunu mənimsəmək, ehtiyacı olmadığı halda dilənmək və s. Sonradan bu pulları yeyi-içir, geyinib-keçinir və s. işlərə sərf edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Haramla bəslənən hər bir bədən ancaq Cəhənnəm oduna layiqdir”. Təbərani “Kəbir” 19/136, əl-Albani “Səhihul Cəmi” 4495.

“(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...”. (əl-Əraf 157).
Təmiz və faydalı şeylər halal, pis və zərərli şeylər isə haram edildi(1)

Bir şeyi halal və haram etmək Allaha aiddir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir şeyi halal və haram etməsi yenə də Allahın halal və haram etməsilədir. Quran və Sünnəni bilən elm sahiblərindən başqa heş kimsənin halal və haram haqqında danışması (bu halaldı, bu haramdı) deməsi caiz deyildir. Allah Halal və haram barəsində elmsiz danışanları şiddətli olaraq qınamışdı. “Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır,o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!”. (ən-Nəhl 116). “Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır”. (əş-Şura 21).
Allaha həmd olsun ki, haramlığı qəti bəli olan şeylər barəsində Quran və Sünnə bizə xəbər vermişdir. Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!”. (əl-Bəqərə 188). “Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!”. (əl-Bəqərə 187). “Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir…”. (əl-Bəqərə 257). “Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir”. (əl-Bəqərə 168). “Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır! Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!”. (əl-Ənam 119-120). “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!”. (əl-Ənam 151). Əbu Sələbə əl-Xuşəni Cursum b. Nəşr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah bir çox fərzlər müəyyən edib, buna görə də onlara laqeyidlik göstərməyin. Bir çox sərhədlər müəyyən edib, onları aşmayın. Bəzi şeyləri haram etmişdir, onları aşmayın. Bəzi şeylər haqqında unutduğundan deyil, sizin üçün rəhmət olsun deyə susmuşdur. Onları öyrənməyə çalışmayın”. Daraqutni 4/184, əl-Albani “İrva”, “Ğayrətul Məram” 17-19, zəif hədis. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah içkini, murdar (ölmüş) heyvanın (leşini), donuzun və bütlərin satışını haram etmişdir”. Səhih Əbu Davud 977. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah bir şeyi haram etdikdə ondan gələn gəliri də haram edir”. Səhih Əbu Davud 3488, Daraqutni 3/7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Uca Allah doğru və düz yolu misal çəkdi. Bu yolun hər iki tərəfində açıq qapıları olan divar, qapıların üzərindən isə endirilmiş pərdələr vardır. Yolun qapısı üzərində bir dəvətçi səsləyərək: “Ey insanlar! Birlikdə doğru yolla gedin. Ayrılığa düşməyin” deyir. Yolun üst tərəfində olan digər dəvətçi isə bu açıq qapılardan içəri girmək istəyən hər bir kəsi səsləyərək: “Vay sənin halına! O, qapını açma. Əgər onu açsan ora girəcəksən” deyir. Bu doğru yol İslamdır. Ətrafda olan divarlar Allahın sərhədləridir. Açıq qapılar isə Allahın haramlarıdır. Yolun qapısı üzərində olan dəvətçi Allahın kitabıdır. Yolun üst tərəfində olan dəvətçi isə hər bir müsəlmanın qəlbində olan nəsihətçidir”. İmam Əhməd «Musnəd» 4/182-185, 5/435, əl-Albani səhih.
“Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir”. (ən-Nisa 14). Əbu Abdullah ən-Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu ikisinin arasında (müştəbihat )-(Müştəbihat – İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: «Müştəbihatın mənası halal və haramlığı bəlli olmayan deməkdir».

bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə düşərsə, harama düşmüş olar. Necə ki, qadağan olunmuş bölgənin ətrafında öz (qoyunlarını) otaran, lakin o qadağan bölgəsinə öz (qoyunlarını) buraxmayan çoban kimi. Həqiqətən hər bir hökmüdarın qadağan bölgəsi vardır. Allahın qadağan bölgəsi isə onun haramlarıdır. Bunu da bilin ki, insan bədənində elə bir ət parçası var ki, əgər o, sağlam olarsa bütün bədən sağlam olar, yox əgər o, xəstə olarsa onda bütün bədən xəstə olar. Bilin ki, bu qəlbdir”. Buxari 52, Müslim 1599. Əbu Hureyrə, AbdurRahman b. Saxr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ümmətləri çox sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları məhv etdi”(2)

Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki: “Adəm oğlu, sənin Allahın sənə qarşı açdığı savaşa gücün çatacağmı? Çünki kim Allaha üsyan edərsə o, kimsə Allaha qarşı savaş açmışdır. Çünah nə qədər çirkin olarsa Allaha açılan savaş da ondan min qat çirkin olar”. Camiul Ulum s. 315. Sauban – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mənim ümmətimdən bir qrup insanlar olacaq ki, Tiham dağı boyda xeyirli əməllərlə gələcəklər. Lakin Allah onların əməllərini puç edəcəkdir. Sauban: “Ya Rəsulallah! Onları bizə vəsf et ki, onlardan olmayaq” dedim. Peyğəmbər: “Onlar sizin qardaşlarınızdır, dəriləri də sizin dəriləriniz kimidir. Lakin onlar Allahın qadağaları ilə tək qaldıqda onları pozarlar”. Səhih İbn Məcə 3423. Əli b. Əbu Talibin oğlu, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (qızı Fatimə – radıyallahu anhə – nin oğlu) və xoş iyli Reyhanı Əbu Muhəmməd əl-Həsən – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”(3)

İtaətkar kimsə haramları tərk etməklə ləzzət duyar. Allah üçün bir şeyi tərk etdiyi üçün Allah da ona daha xeyirlisi ilə əvəz edər və o, kimsə qəlbində imanın ləzzətini duyar. “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!”. (əl-Bəqərə 172).
Qadağan olunmuşun (haramın) qidada istifadə edilməsi iki qismdir:
1 – İnsan qidalanır o, məhsullarnan hansı ki, özüldə icazəlidir (halaldır). Lakin bu məhsulların əldə edilməsi qadağan edilmiş yollarla olur. Məs: Faizdən, Rüşvətdən, oğurluqdan, quldurluqdan, qadağan olunmuş şeylərin satışından (içki, donuz) və s. yollarla.
2 – İnsan qiddalanır o, məhsullarla hansı ki, özüldə haramdır (qadağandır). Donuz, içki, caynaqlı və azı dişli heyvanlar və s. hansı ki, özüldə qadağan edilmişdir. Hətta bu kimi şeylər halal yolla əldə edilmiş pulla alınarsa belə.
Allahın xalqlara, ümmətlərə göndərdiyi hər Nəbi və Rəsuluna yaxşı işlər görməyi və təmiz (halal) nemətlərdən yemək əmr edilmişdir. Nə qədər ki, qida halal yolla olarsa əməllər də saleh olar. Haram ilə qidalanmağın ziyan və təhlükəsi cəza olaraq bu dünyada əməllərin və duaların qəbul olunmamasıdır, axirətdə isə buna görə cəza vardır. İbni Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Halal ilə qidalanmaq duanın və ibadətin qəbul olunması üçün səbəbdir. Haram ilə qidalanmaq isə duanın və ibadətin qəbul olunmasına maneədir”. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdir. Allah buyurur: “Ey Peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!”. (əl-Muminun 51). “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!”. (əl-Bəqərə 172). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Saçı-saqqalı bir-birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim! Ya Rəbbim deyə dua etsə necə ola bilər ki, onun duası qəbul olunsun”. Müslim 1015. Belə ki, bu kimsə duanın qəbul olunması üçün bütün səbəbləri götürmüşdür: Səfərdə idi, Əllərini səmaya qaldırmışdı, zəlil bir görkəmdə idi. Lakin haram ilə qidalandığı üçün bunların heç biri ona fayda vermədi.
Bir gün insanlar Cundub – radıyallahu anhu - ya: “Bizə vəsiyyət et!” deyə xahiş etdilər. O: “İnsanın (öldükdən) sonra ilk çürüdüyü orqanı onun qarnıdır. Hər kim (şübhəli qazanclardan çəkinib) yalnız halal loxma ilə keçinməyə gücü çatarsa bunu etsin. Hər kimdə özü ilə Cənnət arasına (haqsız yerə) tökdüyü bir ovuc qanla ayırmamasını istəyirsə bunu etsin”. Buxari 7152.
Zeyd b. Ərqam – radıyallahu anhu - rəvayət edir ki, Əbu Bəkr – radıyallahu anhu - nun bir qulluqçusu var idi. Onunla şərt kəsmişdi ki, özünü satın alıb azad edəcəkdir. Hər dəfə o, bir şey gətirdikdə Əbu Bəkr – radıyallahu anhu - ondan soruşardı: “Haradandır bu?”. Əgər cavab onu qane edərdisə yeyərdi, qane etmədikdə isə yeməzdi. Oruclu günlərin birində qulluqçu ona yemək gətirdi. Əbu Bəkr – radıyallahu anhu - yeməyin haradan olduğunu soruşmağı unudaraq yeməkdən bir loxma qağzına qoydu. Xatırladığı zaman: “Bu yemək haradandır?” deyə soruşdu. O: “Cahiliyyə vaxtı mən kahinliklə (gələcəyi xəbər verən) məşğul idim. Həqiqətdə isə bu belə deyildi və mən sadəcə (insanları) aldadırdım. Bu yeməkdə (həmən işin) əmək haqqıdır. Əbu Bəkr: “Sənin etdiyin əməl necədə pis bir işdir. Məni həlak edəcəkdin?”. Sonra yediyini qusmağa çalışdı. Lakin bacarmadı. Ona su ilə çıxacağını dedilər. O, da su içərək qaytarmağa başladı. Mədəsində olan hər bir şeyi qaytarmaqla təmizlədi. Ona: “Sən bütün bunları bir loxmaya görə edirsən?” dedilər. Əbu Bəkr: “Əgər bu məndən canımla birlikdə çıxsaydı belə mən bunu edərdim. Həqiqətən mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: “Cəhənnəm oduna ən layiq bədən haram ilə qidalanandır”. Əbu Nuym 1/31, Beyhəqi 5760, əl-Albani “Səhih”.
Azərbaycan dilinə tərcümə olunmuş bu kitabın əsası kimi istifadə olunmuşdur: «? ????????????? ???????????? ? ???? ???????????? ? ????????? ????????? ? ???????????? ????????» ????? ?????? «??-??’????-????????» ????? 3, ???? 2006?. Həmçinin də özüm tərəfin-dəndə bir çox əlavələr edilmişdir.
İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!”. (əş-Şüəra 78-85).
Allahın salat və salamı Onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!
Bitirdim: Hicri 1430-cu il Məhərrəm 16
Miladi 2009-ci il Yanvar 13
Həmd olsun aləmlərin Rəbbi olan Allaha (Yunus 10)

(1)Fərz (Vacib) – Qəti olaraq gələn əmr fərz sayılır. Ona - Allah əmr edib deyə - əməl edən savab qazanır. Biri oruc tutur Allahın əmridir deyə, digəri isə oruc tutur arıqlamaq və s. üçün. İkisi də ac qalır, lakin Allahın əmridir deyə oruc tutan savab qazanır, digəri isə yox. Onu tərk edən isə əzaba layiqdir. Çünki Allahın istəyinə bağlıdır. İstəsə əzab verər, istəsə bağışlayar. Müs: Namaz, oruc və s. əməllər.
Haram – Qəti qadağa haram adlanır. Bunu - Allah qadağan edib deyə - tərk edən savab qazanır. Ona əməl edən isə cəzaya layiqdir. Müs: Zina, içki və s. Biri içki içmir ki, ziyandır, digəri isə içki içmir Allahın əmri olduğu üçün. Allahın əmri olduğu üçün içkini tərk edən savab qazanır, digəri isə yox.
Müstəhəb – Bəyənilən əməl. Əgər əmr qəti olmazsa müstəhəb sayılır. Müstəhəb də əmrin altına girir. Ona görə də deyilir ki, əmr vacibliyə dəlalət edir nə qədər ki, onu müstəhəbliyə çevirən bir dəlil gəlmədikcə. Müstəhəbi edən savab, onu tərk edən isə günah qazanmır.
Məkruh – Bəyənilməyən əməl. Əgər qadağa güclü olmazsa məkruh sayılır. Məkruh da qadağanın altına girir. Müs: Məscidə sol ayaq ilə daxil olmaq.
Mübah – Nə əmrə, nə də qadağana daxil deyildir. Mübah özlüyündə ibadət deyildir. Lakin başqasına görə ibadət ola bilər. Elm öyrənmək, namaz qılmaq özlüyündə ibadətdir. Lakin yemək, içmək, yatmaq və s. kimi əməllər özlüyündə ibadət deyildir. Bu əməllər başqasına görə ibadət ola bilər. Müs: “Yemək yeyirsən ki, elm öyrənməyə taqətin olsun, tez yatırsan ki, sübh namazını ayıq başla qılasan. Bu əməllər sadəcə niyyətin düzgünlüyünə görə insana savab gətirir. Ona görə də deyilir ki, səfdə iki nəfər yanaşı durar, lakin onların arasında göylə-yer arası qədər fərq olar.

(2)Buxari 7288, Müslim 1337 – Bu hədisin əvvəli belədi: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin”. Bir nəfər: “Ey Allahın Rəsulu! Hər il Həcc edək?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: “Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı...”.

(3)Tirmizi 2520, Nəsəi 5711, əl-Albani “Səhihul Cəmi” 3372-ci hədis. Bu hədisin sonu belədir: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən doğruluq sakitlikdir, yalan isə şübhədir”.


Tarix: 13.04.2013 / 16:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 548 Bölmə: Maraqlı melumatlar
loading...