Allah-taala Cəhənnəmin yanacağını daşlardan, kafirlərdən və Ondan qeyri ibadət olunan məbudlar təşkil etmişdir.
Bu barədə Qurani-Kərimdə belə deyilir: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)», «...o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!».
Hər iki ayədə Cəhənnəmin alışdırıldığı «...insanlar...» dedikdə kafirlər və müşriklər nəzərdə tutulur. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!».
Tarix: 04.05.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar