Ədalətin dəyər-qiyməti
İmam Əli (ə): "Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir."
İmam Əli (ə): "Pak olan Allah, ədalətli camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir."
İmam Əli (ə): "Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir."
İmam Əli (ə): "Ədalət dövlətlərin sipəridir."
İmam Əli (ə): "İnsanların işi ədalətlə islah olar."
İmam Əli (ə): "Ədalətin səbəbinə bərəkət ikiqat artar."
İmam Əli (ə): "Ədalət idarəçiliyin nizam-intizamıdır."
İmam Əli (ə): "Heç bir şey şəhərləri ədalət qədər abad etməz."
İmam Əli (ə) ("Ədalət üstündür, yoxsa səxavət?" sualına cavabından): "Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli siyasətdir, ancaq səxavət xüsusi bir haldır (və məhdud sayda fərdlərə şamil olunur). Deməli, ədalət onların ən şərafətlisi və üstünüdür."
Xanım Fatimeyi - Zəhra (ə): "Allah ədalətli qəlblərin rahatlığı üçün vacib buyurmuşdur."
İmam Sadiq (ə): "Ədalət susuz insanın çatdığı sudan daha şirindir."
İmam Sadiq (ə): "Ədalət baldan şirin, kərədən yumşaq və müşkdən ətirlidir."
Ədalətli insanın xüsusiyyətləri
Allahın Peyğəmbəri (s): "Kim camaata qarşı rəftarında onlara zülm etməsə, onlarla söhbət edəndə yalan danışmasa, vəd verdikdə vədinə xilaf çıxmasa insanlığı kamil, ədaləti aşkar, dostluğu vacib və qeybəti haramdır."
Allahın Peyğəmbəri (s): "Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə camaatla da o cür rəftar etsin."
Düşmənlə ədalətli rəftara tövsiyyə olunması
Maidə, ayə 8: "Ey iman gətirənlər! Allaha görə qiyam edin və ədalətlə şəhadət verin. Bir dəstə ilə düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalət təqvaya daha yaxındır və Allahdan qorxun. Həqiqətən, Allah işlərinizdən agahdır."
İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyəsindən): "Sənə varlı və ya yoxsul olanda Allahın qarşısında təqvalı olmağı və dosta-düşmənə qarşı ədalətli gözləməyi tövsiyə edirəm."
İnsanların ən ədalətlisi
İmam Əli (ə): "İnsanların ən ədalətlisi qüdrətli ola-ola insafı gözləməyəndir."
İmam Əli (ə): "Xalqın ən ədalətlisi hamıdan daha haqlı qərar verənidir."
İmam Əli (ə): "Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir."
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar