Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda boşanma..

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə buyurulur: "Allahın ərşi bir neçə halda lərzəyə gələr, onlardan biri də talaq verildiyi zamandır".
Bütün məsələlərdə olduğu kimi, dinimiz talaq üçün də bir sıra göstərişlər müəyyən etmişdir:
* talaq verən ər yetkinlik yaşına çatmalı və ixtiyarı öz əlində olmalıdır.
* talaq sözünü boşama niyyəti ilə deməlidir. Yəni zarafat və bu kimi səbəblərdən deyilən talaq sözləri tərəflərin boşanmasına səbəb olmur.
* talaq vaxtı qadın heyz və nifas vəziyyətində olmamalı və əri həmin vaxt ərzində onunla yaxınlıq etməməlidir.

Heyz və nifas halında qadına verilən talaq üç halda düzgündür:
Əri evlənəndən sonra onunla yaxınlıq etməmiş olduqda.
Qadın hamilə olduqda. Qadının hamiləliyi məlum olmadığı halda əri ona heyz halında talaq verdikdə, amma sonradan hamilə olduğu məlum olduqda eybi yoxdur.
Ər uzaq səfərdə olub qadının pak olmasından xəbər tuta bilmədikdə.
1. Əgər ər həyat yoldaşının heyz qanından pak olduğunu hesab edib ona talaq verərsə və sonradan talaq vaxtı onun heyz halında olduğunu başa düşərsə talaq batil olar. Amma qadının heyz halında olduğunu hesab edib talaq verərsə və sonradan onun pak olduğu məlum olarsa verilən talaq doğru olar.
2. Əgər ər həyat yoldaşının heyz və nifas halında olduğunu bilib uzunmüddətli səfərə çıxarsa və ona talaq vermək istəyərsə, bunu yalnız qadının pak olacağına əmin olduğu müddətdə edə bilər.
3. Əgər ər heyz və nifas qanından pak olan həyat yoldaşı ilə yaxınlıq etdikdən sonra talaq vermək istəyərsə, gərək onun ikinci dəfə heyz qanı görüb paklanmasını gözləsin. Həmçinin, ər onunla heyz və nifas halında yaxınlıq edərsə, ehtiyata əsasən, sonrakı paklıqda da (o paklıqda onunla yaxınlıq etməmiş olsa belə) ona talaq verə bilməz. Lakin hamilə qadın onunla yaxınlıq etdikdən sonra talaq verilə bilər. Qadının aybaşı yaşı keçdikdə də eyni qayda tətbiq olunur. Yaxınlıq edəndən sonra talaq verilərsə, eybi yoxdur.
Əgər ər heyz və nifas qanından pak olan həyat yoldaşı ilə yaxınlıq edib həmin yaxınlıq müddətində talaq verərsə və sonra talaq verdiyi vaxt hamilə olduğu məlum olarsa, eybi yoxdur.
Əgər ər heyz və nifas qanından paklanan həyat yoldaşı ilə yaxınlıq edib sonra səfərə çıxarsa və səfərdə ikən talaq vermək istəyərsə, qadının, adətən, (həmin müddətdən sonra) paklıqdan sonra qan görüb yenidən pak olduqları qədər gözləməlidir. Yaxşı olar ki, bu müddət bir aydan az olmasın.
Ər heyzin qabağını almaq məqsədilə dərman qəbul edən həyat yoldaşına talaq vermək istəyərsə, onunla yaxınlıq etdiyi vaxtdan etibarən üç ay müddətində yaxınlıqdan çəkinməli, sonra talaq verməlidir.
Talaqın sözləri ərəb dilində düzgün tələffüz olunmalıdır. Yaxşı olar ki, iki nəfər ədalətli şəxs də verilən talaqı eşitsin. Ər özü talaqın sözlərini oxumaq istəyərsə deməlidir: "Zəucəti ... (həyat yoldaşının adı) taliqun". Məsələn, "Zəucəti Fatimə taliqun". Başqası onların talaqını vermək istəyərsə deməlidir: "Zəucəhu muvəkkili Fatimətu taliqun"


Tarix: 05.06.2013 / 22:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqlı melumatlar
loading...