Allah-təala buyurmuşdur:
«Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükr edin, kafir olmayın!» (əl-Bəqərə surəsi, 152).
«Ey iman gətirənlər! Allahı çox zikr edin!» (əl-Əhzab surəsi, 41);
«…Allahı çox xatırlayan kişilər və qadın¬lar üçün bağışlanma və böyük bir mükafat hazırla¬mışdır» (əl-Əhzab surəsi, 35);
«Öz qəlbində yalvararaq və qorxaraq, səsini çox ucaltmadan, səhər və axşam Rəbbini xatırla və qafillərdən olma» (əl-Əraf surəsi, 205);
Peyğəmbər (s.a.v) buyurmuşdur: «Rəbbini zikr edən ilə, zikr etməyənin fərqi – diri ilə ölünün arasında olan fərqdir». (1)
Başqa bir hədisdə Peyğəmbərimiz (s.a.v.) buyu¬rur: «Əməllərin ən yaxşısını, Allahın ən çox bəyəndiyini, dərə¬cələr içərisində ən yüksəyini, qızıl və gümüş xərcləmək¬dən, düşmənlərinizi yıxıb siz onların, onlar sizin boyunla¬rınızı vurmaqdan daha xeyirlisini sizə söyləyimmi?» Əsha¬bə¬ləri: «Bəli» – deyə cavab verdilər. Allahın elçisi (s.a.v.): «Bu, Allah-təalanı yada salmaqdır» – deyə buyurdu.(2)
Allahın elçisi (s.a.v.) demişdir: «Allah-təala buyurdu: «Bəndəm Məni zikr etdikcə onun¬layam, Məni bir məclisdə yada salsa, Mən də onu daha gözəl bir məclisdə yada salaram, Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınla¬şaram; Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram, bəndəm Mənə tərəf yüyürsə, Mən ona sarı qaçaram»(3)
Abdullah bin Busrdan (radıy-Allahu anhu – r.a.a. – Allah ondan razı olsun!) belə rəvayət olunur: «Bir şəxs Allahın elçisinə dedi: «Ey Peyğəmbər, islam ayinləri o qədər çoxdur ki, hamı¬sını yadda saxlaya bilmirəm. Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım». Peyğəm¬bər (s.a.v.) buyurdu: «Qoy dilin Allahı zikr etməkdən qurumasın». (4)
Allahın elçisi (s.a.v.) buyurmuşdur: «Kim Allahın Kitabından bir hərf oxusa, bu onun üçün yaxşı əməldir, o da 10 savaba bərabərdir. Əlif, Ləm, Mim bir hərf deyildir. Əlif bir, Ləm bir, Mim də bir hərfdir». (5)
Uqbə bin Amirdən (r.a.a.) rəvayət olunur: Biz Süffədə (məsciddə fəqir-füqəranın yatması üçün düzəl¬dilmiş yer) ikən Allahın elçisi (s.a.v.) çıxdı və dedi: «Kim hər gün Buthana və ya Aqiqə (Mədinə yaxınlığındakı iki vadinin adı) getməyi və iki sağlam maya dəvə ilə qayıtmağı istəyir, özü də onları günah işlətməmək və qohum-əqrəbadan heç kimi incit¬mədən bölüşdürmək şərti ilə?» Biz: «Biz hamımız bunu istəyirik» – dedik. Allahın elçisi (s.a.v.) davam etdi: «Sizdən biriniz səhər tezdən məscidə gedib Allahın kitabından iki ayə oxusa və ya öyrənsə, bu onun üçün iki dəvədən daha xeyirlidir. Üç ayə – üç dəvədən, dörd ayə – dörd dəvədən daha xeyirlidir. Oxunan ya da öyrənilən ayələr daha xeyirlidir».(6)
Allahın elçisi (s.a.v.) belə buyurmuşdur: «Bir yerdə əyləşib Allahı zikr etməyəni Allah peşman edər. Yatmazdan əvvəl Allahı zikr etməyən də Allah tərə¬findən peşmançılığa düçar olar»(7)
Allahın elçisi (s.a.v.) buyurmuşdur: «Bir məclisdə oturub Allahı zikr etməyən, öz Peyğəmbə¬rinə salavat deməyən, Allah tərəfindən mütləq peşmanlanar: Allah istəsə ona əzab verər, istəsə onu bağışlar»(8)
Allahın elçisi (s.a.v.) buyurmuşdur: «Allahı zikr et¬mədən dağılışan məclis iştirakçıları eşşək leşi qabağın¬dan durmuş kimidirlər. Bu onlar üçün peşman olacaqları bir işdir»(9)
(1) əl-Buxari, izahlı nəşri («Fəth əl-Bari»), 11/208 (birinci rəqəm cildin, ikinci rəqəm isə səhifənin sayını göstərir); Müslim (1/539) bu hədisi belə şəkildə verir: «Allahın yad edildiyi ev Allahın yad edilmədiyi evdən diri ölüdən fərqləndiyi kimi fərqlənir».
(2) ət-Tirmizi, 5/459; İbn Macə, 2/1245. Həmçinin bax: İbn Macə, dəqiqləşdirilmiş nəşri («Səhih Sünən İbn Macə»), 2/316; ət-Tirmizi, dəqiq. nəşri («Səhih Sünən ət-Tirmizi»), 3/139.
(3) əl-Buxari, 8/171; Müslim, 4/2061. Burada əl-Buxarinin mətni verilir.
(4) ət-Tirmizi, 5/458; İbn Macə, 2/1246. Həmç. bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/139; İbn Macə, dəqiq. nəşri, 2/317.
(5) ət-Tirmizi, 5/175. Həmç. bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/9; «Səhih əl-cami əs-səğir» («Kiçik hədis toplusu» dəqiq. nəşri), 5/340.
(6) Müslim, 1/553.
(7) Əbu Davud, 4/264 və s. Həmç. bax: «Səhih əl-cami», 5/342.
(8) ət-Tirmizi. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/140.
(9) Əbu Davud, 4/264; Əhməd, 2/389. Həmç. bax: «Səhih əl-cami», 5/176.
Tarix: 18.04.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Maraqlı melumatlar