Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ANA Qarğışı.

Bir qadının bir oğlu var idi, oğlundan başqa kimsəsi də yox idi. Bütün günlərini onunla keçirər, Varım yoxum oğlumdur deyirdi. Qadının bu oğlu bir gün, mütləq həccə gedəcəyini deyb inadından dönmürdü.
Anası ağlamağa başladı. Çünki oğlunun yanından ayrılmasına dözümə bilməyəcəkdi. o getdiyi təqdirdə yap-yalnız qalacaq və kimsəsizlikdən pərişan olacaqdı.
- Oğlum, Məkkə dediyin uzun səyahətdir, nə vaxt gedib gələcəksən? Sən getdikdən sonra mən nə edəcəyəm? Etmə oğul deyə yalvardısa da, oğlu qərarında israr etdi və həccə getmək üzrə yola çıxdı.Amma, ANA-nın da ürəyi yanıq qaldı.
Yalnız qalan Ana kədərli bir qəlblə dua etdi:
- Ya RƏBBİM, oğlumun ayrılığına dayana bilməyəcəyəm. Sözümü dinləmədi, ona bir xəbərdarlıq et, geri dönsün.
Oğul, Ananın bu yalvarışlarından xəbərsiz olaraq, yoluna davam edirdi. Bir gecə bir şəhərdə yerləşmək üçün qalmağa qərar verir. Qapısı açıq olan bir məscidə girdi. O şəhərdə də azğın bir oğru evlərə dadanmış, nə tapsa oğrayırmış, lakin oğru heç cür yaxalanmırdı. O gecə yenə oğru bir evə girib mal oğurlayıb və qaçmışdı. Oğrunu təqib etməyə başladılar, oğrunun izinə düşərək arxasıyca qaçdılar.Çox təəsüflər olsun ki, oğrunun izini itirdilər. Adamlar bura girmiş ola bilər deyə,məscidə daxil oldular. Baxdılar ki, orada bir adam var. Olsa olsa budur dedilər.Adamı süründürərək reisin hüzuruna gətirdilər. Şeherin var yoxunu taladığı üçün bezmişdilər o oğrudan. Bu səfər bəsdi dedilər, bu şəhəri sıxıb qovuran oğru budur. Oğrunun gözünün çıxarılmasına qərar verdi məhkəmə. Gözlərini deşib sonra bir eşşək üzərinə qoyub,gəzdirməyə başladılar. Oğru (yəni anasının sözünü dinləməyən və oğru kimi tutulan gənci) gəzdirən tellal şəhər xalqına nümayiş edir və:
- Ey əhali budur sizin canınızı yaxan, malınızı çalan oğru nəhayət tutulmuşdur; bundan sonra rahat olacaqsınız, deyə bağırdıqca, gənc, tellala belə qışqırmasını xahiş edirdi:
- Ey əhali budur ANA-sının sözünü dinləməyib , "mütləq mən həccə gedəcəyəm" deyə yola çıxan insan budur, deyə bağır deyirdi.
Bütün şəhəri dolaşdırdıqdan sonra gənci şəhərin küncündə bir yol kənarına atdılar. Oradan keçənlər gənci məmləkətinə gətirdilər, evini tapmasını kömek etdilər.
Gənc Adamcığaz öz evlərinin qapısına gəlincə; "Bu '" deyə səsləndi. Təbii ki aradan xeyli vaxt keçdiyi üçün saçı saqqalı uzanmış, üstü başı cırılmışdı. Qapını açan yaşlı qadın oğlunu tanıya bilmədi. Bilmirdi ki, qapıya dilənçi halında gələn arxasından "Ya Rəbbi oğulumu azarla da geri dönsün" deyə dua öz oğlu idi.
-Sapı möhkəm adamsan. Dilənməkdənsə,çalışıb işlə! dedi.
Gənc:
- Çalışaram ama... gözlərim kor dedi...
yaşlı qadın:
- Nə oldu gözlərinə? Deyə soruşdu.
Gənc:
- Nə olacaq, ANA-mın xahişini qırdım,sözünü dinləmədim. Allah da mənim gözlərimi aldı, deyə cavab verdi.
Qadın anladı qarşısındakının oğlu olduğunu, başladı hönkür-hönkür ağlamağa ...
- Ey Allahım! Duam ağır olmuş, mən onun gözlərinin kor olması üçün dua etməmişdim, deyə Allaha yalvarmağa başladı.
Qadına gələn İLAHİ bir səs:
- "Onun günahına qarşılıq olaraq biz yalnız gözlərini kor etdik, əslində ANA-ya qarşı olanın cəzası daha ağırdır.Yenə də şükr et,yüngüldür cəzası'' dedi.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Maraqlı melumatlar
loading...