Qəlbimdə belə bir sual qarşıya çıxdı! İlahi görəsən bizləri niyə xəlq etmisən?
Buyurdu: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zariyat 56)
Dedim: İlahi çox naümidəm!
Buyurdu: "Ey Mənim
(günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümər surəsi 53)
Dedim: İlahi! Heç kəs bilmir ki, mənim
qəlbimdən nələr keçir?
Buyurdu: “Bilin ki, Allah insanla onun qəlbi arasınagirər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)
Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur!
Buyurdu: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16)
Dedim: İlahi! Sanki məni unutmusunuz?
Buyurdu: “Siz Məni yad edin ki, Mən də sizi yad
edim! Mənə şükür edin, Məni inkar etməyin!” (Bəqərə surəsi, 152)
Dedim: İlahi! Nə vaxta kimi belə olacam?
Buyurdu: “Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır).” (Əhzab surəsi 63)
Dedim: İlahi! Sən
əzəmətlisən ona görə dəsənə yaxındır, amma mənkiçiyəm mənə görə uzaqdır. Bəs mən nə edim?
Buyurdu: “Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır!” (Yunus surəsi 109)
Dedim: İlahi! Sən çox sakitsən! Sən Pərvərdigarsan və aramsan, amma mən kiçiyəm və narahatam. İlahi işlərimi yoluna qoy!
Buyurdu: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə
surəsi 216)
Dedim: İlahi! Sənin qüdrətsiz və zəif bəndənəm, Öz mərhəmətindən mənə dəaid elə!
Buyurdu: “Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.” (Bəqərə surəsi 143)
Dedim: İlahi! Darıxıram. Qəlbim sıxılır!
Buyurdu: "Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!" (Yunis surəsi 58)
Dedim: İlahi! Sənə təvəkkül edirəm!
Buyurdu: “Həqiqətən
Allah (Ona) təvəkkül edənləri sevər!” ( Ali İmran surəsi 159)
Dedim: İlahi! Sənə şüküredirəm!
Buyurdu: “İnsanlardan eləsi də vardır ki, Allaha şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dinibarəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona
bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsidünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!” (Həcc surəsi 11)
Dedim: İlahi! Mən çox tənhayam!
Buyurdu: “Mən yaxınam!” (Bəqərə surəsi 186)
Dedim: İlahi! Sən həmişə mənə yaxınsan, amma mən çox uzağam. Ey kaş budan çox Sənə yaxın ola biləydim!
Bururdu: “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (Əraf surəsi 205)
Dedim: Bu da qüdrət və istedad istəyir.
Buyurdu: “Məgər Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (Nur surəsi 22)
Dedim: İlahi! Həqiqətən çox istəyirəm ki, məni bağışlayasan!
Buyurdu: “Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!" (Hud surəsi 90)
Dedim: İlahi! Bu qədər günahla nə edə bilərəm?
Buyurdu: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul
edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!” (Tövbə surəsi 104)
Dedim: Daha tövbə etməkdən xəcalət çəkirəm, çünki bundan əvvəl də çox tövbə etmişəm amma, yenə günaha tərəf qayıtmışam.
Buyurdu: “(Hər şeyi)
Bilən Allahdandır-...Günahları bağışlayan, tövbələri qəbul edəndir....” (Ğafir surəsi, 2-3)
Dedim: O qədər günahımla hansında tövbə edim?
Buyurdu: “Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm
edəndir!” (Zümər surəsi 53)
Dedim: İlahi! Əgər yenə qapına gəlsəm, məni yenəbağışlarsanmı?
Buyurdu: “Axı günahları Allahdan başqa kim bağışlaya bilər?” (Ali İmran surəsi 135)
Dedim: İlahi! Bilmirəm nəyə görə, hər vaxt sizin
bu buyurduğunuzu eşitdikdə xəcalət çəkib içimdən yanıram və tövbə edirəm?
Buyurdu: “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (Bəqərə surəsi 22
Birdən dilimə gəldi: Ey mənim Allahım! Səndən başqa mənim kimi var?
Buyurdu: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (Zümər surəsi 36)
Buyurdu: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!” (Zümər surəsi 36)
Buyurdu: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə
təriflər deyin! (Sübh, günorta, ikindi, axşam vəgecə namazlarını qılın!) Sizi zülmətdən nura çıxartmaq üçün mələkləriilə birlikdə sizə mərhəmətbəxş edən Odur. Allah möminlərə rəhm edəndir!” (Əhzab surəsi, 41, 42, 43)
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 187 Bölmə: Maraqlı melumatlar