Allah Quranda insanın yaradılışının möcüzəvi bir şəkildə olduğunu xəbər verir. İlk insan Allahın palçığı şəkilləndirib insan bədəni halına gətirməsi və ardından bu bədənə ruh üfləməsiylə yaradılmışdır:
"Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin!”(Sad Sürəsi, 71-72)
"İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan (kimi) bir palçıqdan yaratdıq." (Saffat Sürəsi, 11)
Bu gün insan toxumaları araşdırdığımızda yer üzündə olan bir çox elementin insanın toxumalarında da olduğu ortaya çıxır. Canlı toxumların 95 %-i karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və kükürd (S)-dən meydana gəlir və canlı toxumalarda cəmi 26 element olur. Quranın başqa bir ayəsində belə buyurulur:
"Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq." (Muminun Surəsi, 12)
Ayədə "süzmə" olaraq çevrilən "sulala" sözü, "təmsili nümunə, öz, xülasə, əsas" kimi mənalarını verir. Göründüyü kimi Quranda 14 əsr əvvəl bildirilənlər müasir elmin bizə söylədiklərini -insanın yaradılışındakı vəsaitlə torpağın ehtiva etdiyi təməl elementlərin ortaq olduğu gerçəyini- təsdiq edir
Tarix: 03.12.2014 / 15:57 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar