Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏNƏVİ HƏDDİ-BÜLUĞ

Hər bir insan fiziki həddi-büluğa çatır. Bəs mənəvi həddi-büluğ nədir? Mənəvi həddi-büluğa çatmış insanın özü ilə Allahı arasında olan vəzifələri aydındır. O zaman ki, iki yol ayrıcına çatır, bilir ki, hansı səmtə getməlidir. Mənəvi insan bilir ki, bu işi nə üçün görür. Mənəvi həddi-büluğa çatmış insanda bəzi xüsusiyyətlər görünməkdədir:
1. Bu insanların həyatdakı ən mühüm sualları odur ki, mən nə etməliyəm ki, həyatımı quram. Yəni özü bu fikirdə olmalıdır ki, taleyini həll etsin.

2. Mənəvi insanın həyatı - alicənab həyatdır. Nəyi varsa, özü çatmışdır. Əlbəttə biz həmişə nə isə öyrənirik, yəni bir-birimizdən şeylər öyrənirik. Ancaq mühüm odur ki, özümüzün ona etiqadımız olsun.

3. Mənəvi insan özünün başqaları ilə fərqini hiss edir. Bilir ki, özünəməxsus xüsusiyyətləri vardır.

4. Bilir ki, hansı şeyləri dəyişə bilər, hansıları dəyişə bilməz. Yalnız dəyişə bildiyi şeyləri dəyişər.

5. Mənəvi insanın mühüm xüsusiyyəti odur ki, özünü ancaq özü ilə müqayisə edər, başqaları ilə rəqabət etməz. Məsələn uşağın əli sobaya dəyən zaman yanır. Amma ehtimal var ki, sobaya bir daha əl vursun. Guman etsin ki, isti deyildir. O, fərqi dərk etmir. Ancaq həddi-büluğa çatmış bir insan bilir ki, soba istidir, əlini ona vursa yana bilər, ona görə də bu işi görməz. Baliğ insan o kəsdir ki, bir şeyi təcrübə edəndə, o təcrübəni qəbul edir və onu özü üçün bir əsas kimi qəbul edir.

Həddi-büluğun mənası alim deyildir. Bizim son nöqtəyə çatmağımız da əsas deyildir. Hər şeyi bilməli deyilik. Sadəcə, gərək seçimimiz düzgün olsun və onu qəbul etməliyik. Cəmiyyətdən və onun istəklərindən qorxmaq lazım deyildir. Biz gərək düzgün seçimimiz ilə bu nəticəyə gəlib çataq ki, gördüyümüz iş düzgündür. Əgər seçimimiz düzgündürsə, bəzən də həddi-büluğa çatmamış cəmiyyətin müxalifətliyindən nigaran olmamalıyıq.

Məsələn: ola bilər ki, yemək yeyən zaman bir qrup bizdən müəyyən yeməyi yeməyi istəyər. Ancaq biz bilirik ki, o, bizim üçün zərərlidir. Ona görə də cəm ilə müxalifətlik etməkdən qorxmamalıyıq. Bilirsən ki, seçimin düzgündür və ona əməl etməlisən.

Mənəvi həddi-büluğ o mənada deyildir ki, bu şəxs təkbaşına din və mənəviyyət yolunu başa vursun. Əksinə bu o mənadadır ki, bu şəxs bilir ki, əsil bayraqdar kimdir. Onu tanımaqda səhv etməz. Onu tanıdıqdan sonra din və mənəviyyat yolunu bayraqdarın ardınca gedər.

Mənəvi məsələlərə əlaqəsi olan bir çox insanlar vardır ki, rəhbər və bayraqdarlarını seçəndə mənəvi həddi-büluğa çatmadıqlarına görə yanlış yola gedərlər. Elə insanların dalınca gedərlər ki, bayraqdar deyildirlər. Onlar elə insanlardır ki, mənəvi həddi-büluğa çatmayıblar.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar
loading...