Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAFİZƏNİ GÜCLƏNDİRMƏYİN YOLLARI

1. Hafizəni çalışma və fasilərlə olan mütaliə ilə gücləndirməyin yolları.

İnsan bəzən səy göstərir ki, mövzunu bir dəfəyə əzbərləsin. Əgər insan mövzunu bir dəfədə hifz etməyə cəhd edərsə, bütün diqqətini həmin mövzuya verəcəkdir. Bu məsələ onun yorulmağına və stimulunun aradan getməsinə gətirib çıxaracaqdır. Adətən bu cür səylərdən sonra mövzu tez bir zamanda unudulur. Ancaq əgər insan mövzunu növbə ilə mütaliə edər və hifz edərsə, əvvəl unutduğu mövzunu bir daha yadına salacaqdır. Sonrakı dəfə isə mövzunu daha yaxşı yadda saxlaya biləcəkdir. Vaxtını hissələrə bölərək, onu bir neçə dəfə təkrar edə biləcəkdir.

2. Mənalar arasında əlaqə yaratmaq üsulu.

Hafizə təkrarla gücləndirilə bilər. İnsan o mövzuların məzmunlarını ki, yada salır - mənalar arasında əlaqə yaratmaq üsuluna başlayır. Mənalar arasında əlaqə yaratmaq psixoloji bir sözdür. Mənalar arasında əlaqə yaratmaq - dəvət etmək mənasındadır. Yəni insanın hafizəsində bir mövzu başqa bir mözunu yada salar. Bu hal get-gedə davam edər. Bu yolla hafizənin xəzinəsi genişlənər. Məsələn, yağış, suyu yada salar. Və ya ağ dedikdə, qara yada düşər. Bir sözü dedikdə, onunla bağlı olan başqa bir sözü xatırlamaq olur. Həmçinin yeni mövzular keçmiş mövzularla rabitələnsə, yadda yaxşı qalar.

Əgər hələ də təhsil alırsınızsa, mövzunu başqa mövzularla işləyin. Məsələn cografiya fənnidirsə, mövzu ilə yanaşı xəritə ilə də işləyin ki, yaxşı yadınızda qalsın. Kitab oxuyanda və ya yaddaş edəndə onu zehninizdə canlandırın. Bu zaman mövzu təsvir ilə bir yerdə yadınızda qalacaqdır.

3. Bənd üsulu.

Tələbələr bu üsuldan uzun müddət istifadə edirlər. Bu üsuldan yaxşı nəticələr alırlar. Bu üsulun mahiyyəti belədir:

1. Sakit bit otaqda mizin arxasında əyləşin. Ayaqlarınızı yerə rahat vəziyyətdə qoyun. Kitabı açın və qarşınıza qoyun. Yanınıza bir neçə təmiz vərəq və üç karandaş qoyun.

2. Fəslin əvvəlini açın. Fəslin adını və ondan sonrakı fəslin adını yazın.

3. Birinci bəndi oxuyun və sonra oxumağı saxlayın.

4. Oxuduğunuz bəndi fikirləşin və öz sözlərinizlə xülasələndirin. Bu xülasə dörd və ya beş kəlmə ilə ola bilər.

5. Bu yolla davam edin. Bəndləri bir-bir öz sözünüzlə xülasələndirməyə davam edin.

Bu üsulun faydasını imtahanda görə bilərsiniz. Əgər fəsilləri yaxşı xülasənləndirsəniz, bu xülasələri təkrar etməklə bütün fəsli təkrarlamış olarsınız.

4. Hafizəni gücləndirən qidalardan istifadə etmək. Beynin normal işi kalsium və fosforun mübadiləsindən asılıdır. Ona görə də qidalarımızda bu maddələrin olduğu yeməklərdən istifadə edək. Bu şeyləri yemək tövsiyə olunur:

- Süd beynə lazım olan ən mühüm maddələrdən sayılır. Südü çox adamlar xoşlamırlar. Ona görə quru süddən və ya içərisində süd olan başqa qidalardan istifadə edə bilərlər.

- Pendiri sevənlərə onu yeməyi tövsiyə edirik.

- Buğdanın tumurcuğu. Bu maddə beynin qidasının əsasını təşkil edir. Çünki orada kalsium, fosfor və başqa vitaminlər mövcuddur.

- Balıq. Tərkibində fosfor olduğu üçün çox faydalıdır.

- Yumurta. Onun tərkində çox faydalı maddələr olduğundan, ondan istifadə etmək yaxşı olar. Ancaq ifrat etmək lazım deyildir.

- Badam, qoz və fındıq. Bu qidaları qəbul edərkən beynin fəaliyyəti güclənir və ona görə də onları yemək tövsiyə edilir. Zəif mədəsi olanlar onlardan gecə vaxtı istifadə etməsinlər.

İslamda da hafizəni gücləndirmək üçün bir çox tövsiyələr vardır ki, onlardan bəzilərinə işarə edək:

- Peyğəmbərə (s) salavat göndərmək.

- Misvak etmək.

- Bal yemək.

- Səhər yeməyindən qabaq kişmiş yemək. Çünki onun təkibində fosfor çox olduğundan beyni gücləndirir.

- Gündəlik işləri görmək üçün proqram tərtib etmək.
Məsumlardan (ə) gələn hədislərdə hafizəni zəifləndirən amillərə işarə edilmişdir. Onlardan bəzisinə nəzər salaq: 1. Günah işlətmək. 2. Turşu yemək. 3. Hündürdən və çox gülmək. 4. Müəllimlərə hörmətsizlik etmək. 5. Həddən artıq pendir yemək. 6. Qəbirlərin üzərindəki yazıları oxumaq. 7. Cənabətli halda yeyib-içmək. 8. Qaynar yemək yemək. 9. Pis iyləri iyləmək.

Diqqətsizliyə səbəb olan amillərı də nəzər salaq.

1. Mütaliə etdiyin mövzuya qarşı meylin olmaması. Diqqətsizliyin ən mühüm səbəblərindən biri odur ki, oxucu həmin mövzuya qarşı meyilli deyildir. Bunun üçün həmin mövzu və ya kitab ilə daha çox əlaqəsi olduğu kitab arasında rabitə yaratmalıdır. Məsələn, şagird imtahandan yaxşı qiymət almaq istəyir, gərək bu kitabla yaxşı qiymət almaq arasında rabitə yaratsın. Onun meylsizliyi bu zaman aradan gedər.

2. Daxili həyəcan. Bu həyəcanın mənbəyi insanın daxilindən qaynaqlanır. Məsələn: nigarançılıq, qorxu, qəm-qüssə və paxıllıq kimi. Bu nigarançılıqdan xilas olmağın ən yaxşı yollarından biri də onları kağıza yazmaq və öz-özünə demək ki, mütaliədən sonra bunlara nəzər salacağam. Bu yolla zehniniz mütaliədə cəmlənəcəkdir. Diqqətiniz artacaqdır.

3. İradə və təxəyyül arasında həmahəngliyin olmaması. Oxucunun təxəyyülü və iradəsi həmahəng olmayanda, kifayət qədər diqqətsiz olur. Psixologiyada sübut edilmişdir ki, bu təzadda təxəyyül gücü iradədən güclü olur. Məsələn tələbə ki, kitabı açır və onu oxumağa başlayır, bir müddətdən sonra bəzi fikirlər zehninə gəlir. Məsələn, döstları ilə oynayır, kino-teatra gedir. Bu fikirlər onu mütaliədən ayırır. Bu məsələdə qalib gəlmək üçün oxucu müəyyən mövzunu mütaliə edəndə yaxşı olar ki, özünü o mövzunun ab-havasına salsın. Məsələn, tibbi kitab oxuyanda özünü həkim hesab etsin.

4. Xarici həyəcanlar. Bu həyəcanlar insanın müxtəlif hiss orqanlarının qeyri-adi hərəkətindən asılıdır. Hiss orqanlarının hər cür qeyri-adi hərəkətləri diqqəti ayıra bilər. Aclıq, susuzluq, ağrı, isti, soyuq və başqaları diqqəti dağıdar. Bu həyəcanları aradan qaldırmaq üçün bacardığın qədər mütaliədə xarici hərəkətliliyi uzaqlaşdırmağa çalışın. Məsələn, mütaliə üçün elə bir mühit seçin ki, səs-küy çox olmasın, nəqliyyatın hərəkət etdiyi yer olmasın, həmçinin mütaliə zamanı işığın gücünün kifayət qədər olması da mühüm məsələdir.

Mütaliə edən zaman radionun səsləndirilməsi və ya oynaq bir musiqi sədalarının gəlməsi diqqətinizi dağıda bilər. Ancaq bəziləri musiqinin onlara kömək etdiyini söyləyirlər ki, bu yanlış bir fikirdir. Əgər şagird bu yolla dərsi yaxşı dərk edə bilirsə, deməli musiqi olmadan daha yaxşı qavramaq qabiliyyətinə malikdir.

Aşağıdakılara riayət edərək, mütaliə zamanı diqqəti cəmləmək olar:

- Sualları proqramlaşdırmaq və mütaliə zamanı onların cavabını tapmaq hövsələsizliyi aradan qaldırır və diqqəti artırır.

- Mövzunu zehnində canlandırmaq, mövzu ətrafında fikirləşmək və mənalardan nəticə çıxarmaq.

- Yaddaşda saxlamaq, xülasə etmək, əlamət qoymaq, mövzunu təkrarlamaq, bütün bunlar dərki asanlaşdırır və diqqəti cəmləyir.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 218 Bölmə: Maraqlı melumatlar
loading...