Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏR VƏ ARVADA TÖVSIYƏLƏR

BIRINCI: Allah təbarəkə və təalaya itaət etməkdə tam könüllü və səmimi olmalı, Qur’an və Sünnədə isbat edilmiş hökmlərini qəbul etməli, nə təqlidi, nə də insanlara üstün gəlmiş adət-ən’ənələri, məzhəbləri buna qarşı qoymamalıdırlar. Qüdrət və Cəlal sahibi buyurur:
«ALLAH VƏ PEYĞƏMBƏRI BIR IŞI HÖKM ETDIYI ZAMAN HEÇ BIR MÖ’MIN KIŞIYƏ VƏ QADINA ÖZ IŞLƏRINDƏ BAŞQA YOL SEÇMƏK YARAŞMAZ. ALLAHA VƏ ONUN PEYĞƏMBƏRINƏ ASI OLAN KƏS ŞÜBHƏSIZ KI, HAQQ YOLDAN AÇIQ-AYDIN AZMIŞDIR» (əl-Əhzab, 36).

İKINCI: Onlardan hər biri Allahın qarşılıqlı münasibətdə vacib bildiyi vəzifə və hüquqları yerinə yetirməkdə mültəzim olmalıdır. Məsələn, arvad bütün məsələlərdə kişi ilə eyni hüquqlu olmağı istəməməlidir. Allahın bəxş etdiyi ağalıq və rəyasət kimi keyfiyyətlərdən kişi sui-istifadə etməməli, qadını incitməməli, onu nahaq yerə döyməməlidir.
Allah bu barədə buyurmuşdur: «...KIŞILƏRIN QADINLAR ÜZƏRINDƏ ŞƏRIƏTƏ GÖRƏ HÜQUQLARI OLDUĞU KIMI, QADINLARIN DA, ONLAR ÜZƏRINDƏ HÜQUQLARI VARDIR. ANCAQ KIŞILƏR ONLARDAN BIR DƏRƏCƏ ÜSTÜNDÜRLƏR. ALLAH YENILMƏZ QÜVVƏT VƏ HIKMƏT SAHIBIDIR» (əl-Bəqərə, 228). Allah təala həmçinin buyurur: «KIŞILƏR QADINLAR ÜZƏRINDƏ IXTIYAR SAHIBIDIRLƏR. BU, ALLAHIN ONLARDAN BIRINI DIGƏRINƏ ÜSTÜN ETMƏSI VƏ KIŞILƏRIN ÖZ MALLARINDAN (QADINLARI ÜÇÜN) SƏRF ETMƏSINƏ GÖRƏDIR. ƏMƏLISALEH QADINLAR (ƏRLƏRINƏ) ITAƏT EDIB ALLAHIN HIMAYƏSI SAYƏSINDƏ GIZLI ŞEYLƏRI QORUYUB SAXLAYIRLAR. (EY KIŞILƏR!) ÖZBAŞINALIQ ETMƏLƏRINDƏN QORXDUĞUNUZ QADINLARA NƏSIHƏT EDIN, (YOLA GƏLMƏZLƏRSƏ) ONLARDAN YATAĞINIZI AYIRIN VƏ DÖYÜN! SIZƏ ITAƏT ETDIKDƏ ISƏ DAHA ONLARA BAŞQA YOL AXTARMAYIN. ƏLBƏTTƏ, ALLAH UCA VƏ BÖYÜKDÜR!» (ən-Nisa, 34).
Müaviyyə bin Heydə (r.a) demişdir:
«Ya Rəsulullah! Bizdən birimizin arvadının əri üzərində haqqı nədir?
O dedi:
— Yediyindən onu da yedirt, geyindiyindən onu da geyindir. Ona pis üz göstərmə, onu vurma, evdən qovma, günahı varsa, yalnız onunla əlaqədən uzaqlaş».
Peyğəmbər (s.a.s) demişdir:
«Ədalətli olanlar Qiyamət günü ər-Rəhmanın sağ tərəfindəki nur minbərlərində olacaqlar. Hər iki əlləri sağ olacaqdır. Bunlar zülm etməyib öz hökmündə və ailəsində adil olaninsanlardır».
Ərlə arvad bütün bunları bilsələr, bunlara əməl edərlər. Allah təbarəkə və təala onlara xoş həyat bəxş edər, birgə yaşayarlar, səadət və rifah içində. Allah təala buyurur: «MÖ’MIN OLUB YAXŞI IŞLƏR GÖRƏN KIŞI VƏ QADINA (DÜNYADA VƏ AXIRƏTDƏ) XOŞ HƏYAT NƏSIB EDƏCƏK VƏ ETDIKLƏRI YAXŞI ƏMƏLLƏRƏ GÖRƏ MÜKAFATLARINI VERƏCƏYIK» (ən-Nəhl, 97).

ÜÇÜNCÜ: Arvad xüsusilə, öz bacarığı çərçivəsində ərinin əmrlərinə tabe olmalıdır. Bu məhz yuxarıda göstərilən iki ayədə deyildiyi kimi, Allah təalanın kişilərə verdiyi üstünlükdür: «KIŞILƏR QADINLAR ÜZƏRINDƏ IXTIYAR SAHIBIDIRLƏR» VƏ «ANCAQ KIŞILƏR ONLARDAN (QADINLARDAN) BIR DƏRƏCƏ ÜSTÜNDÜRLƏR».
Bu mövzuya aid çoxsaylı səhih hədislər də vardır. Bu hədislər həm qadının hüquqlarını, həm də üzərinə düşən vəzifələri aydınlaşdırır. Qadının öz ərinə itaəti və ya ona qarşı çıxması məsələsini aydınlaşdırmaq lazımdır ki, zəmanəmizin qadınlarına bir dərs olsun. Allah-təala buyurur: «SƏN (ONLARA QUR’ANLA) ÖYÜD-NƏSIHƏT VER. ÇÜNKI ÖYÜD-NƏSIHƏT MÖ’MINLƏRƏ FAYDA VERIR» (əz-Zariyat, 55).
1) «Ramazan vaxtı istisna olmaqla qadın ərinin icazəsi olmadan oruc tuta bilməz».
2) «Kişi qadını yatağa çağırsa, o isə gəlməsə və kişi buna görə qəzəblənərsə, mələklər səhərə qədər bu qadına lə’nət oxuyarlar».
3) «Allaha and olsun! Qadın ərinin borcunu ödəməmiş, Rəbbinin borcunu ödəməz. Qadın hətta qatırın belində ola-ola kişi onu istəsə, bu ona mane olmamalıdır».
4) «Bu dünyada qadın kişiyə əziyyət verməməlidir. Belə olan halda Cənnət hurisi ona deyər: «Ona əziyyət vermə. Allahın qəzəbinə gələrsən. Ər səndə olan bir qonaqdır. Ola bilsin, tezliklə köçüb bizim yanımıza gəlsin».
5) «Hüseyn bin Mühsin demişdir: «Bibim mənə bunu danışmışdır:
— Peyğəmbərin (s.a.s) yanına bir iş üçün gəldim.
Məndən soruşdu:
— Ey qadın, sən ərdəsən?
Dedim ki, bəli. Soruşdu:
— Onunla necə davranırsan?
Dedim ki, heç nəyi əsirgəmirəm, bacardığımı edirəm. Bacarmadığım qalır. O dedi:
— Bax, gör, sənin yerin hardadır: O sənin həm Cənnətin, həm də Cəhənnəmindir!»

6) «Beş dəfə namazını qılan, ismətini qoruyan, ərinə itaət edən qadın Cənnətə istədiyi qapıdan girər».
------------


Tarix: 13.04.2013 / 17:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Maraqlı melumatlar
loading...