Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin iftar və sahuru

Rəsulullah (s) shabələrinə iftar yeməyi verdiyi kimi, vaxtaşırı dəvət edildiyi iftar süfrələrinə gedir, bəzən sahurda da onlarla birlikdə olurdu. Ənəsin (r) rəvayət etdiyinə görə, Hz. Peyğəmbər (s) dəvət edildiyi iftar süfrələrində belə dua edərdi: "Oruc tutanlar oruclarını sizdə açsınlar, yeməyinizi yaxşı insanlar yesin, ətrafınıza mələklər ensin!"Abdullah ibn Zübeyrin rəvayətinə görə, bir iftar qonaqlığından sonra Allahın rəsulu (s) ev sahibinə xitabən buyurdu: "Oruclular evinizdə oruclarını açdılar. Yaxşı kimsələr yeməyinizi yedilər.

Mələklər də Allahdan bağışlanmanızı dilədilər".Hakim ibn Amrın bildirdiyinə görə, Peyğəmbərimiz (s) yemək yediyində heç bir zaman başqasının qabağından yeməzdi. Hz. Ömər (r) yeməklə bağlı: " Mədə dolusu yeməkdən çəkinin. Çünki çox yemək bədənin gözəllik və sağlamığına zərər verər, bədəndə müxtəlif xəstəlikılərin yaranmasına səbəb olar və eyni zamanda insanın ibadətində tənbəlləşməsini meydana gətirər. Qaydasınca yeyin-için ki, sağlam olasınız və kisəniz israfdan uzaq olsun" - deyərək yeməklə bağlı möminlərə tövsiyə etmişdir.Digər ümmətlərin orucundan fərqli olaraq İslamdakı orucda sahur vardır. Peyğəmbər (s) sahur haqqında buyurub: "Sahur Allahın sizə verdiyi bir bərəkətdir. Onu əldən buraxmayın". Rəsulullah (s) sahura qalxmaqla yanaşı, oruclu ikən yatmağı (qəylulə) da tövsiyə etmişdir. Bu yolla oruc tutarkən çətinlik çəkməyəcəyimizi buyurmuşdur.Peyğəmbər (s) vaxt girər-girməz iftar etməyi tövsiyə edərkən buyurub: "Orucunuzu xurma ilə açın, çünki bunda bərəkət vardır. Xurma olmazsa, su ilə açın, çünki su təmizdir". Hz. Məhəmməd (s) Mədinəyə hicrət etdikdən sonra Peyğəmbər məscidi inşa edilmiş, yanında da İslam tarixində ilk məktəb olan Süffə tikilmişdir. Burada qalanlara Əshabi- Süffə, yəni Süffə əhli deyilirdi. Oxuma və yazma səviyyəsinin aşağı olduğu bir dövrdə bu məktəbin açılması İslamın elmə verdiyi əhəmiyyətin bir nümunəsidir. Süffədə qalan səhabələrin dərs yeri kimi Məsciddən istifadə etdikləri, iaşə və digər ehtiyaclarının isə Peyğəmbər (s) və onun məsləkdaşları tərəfindən təmin olunduğu məlumdur. Rəsulullah və səhabələri onlara tez-tez iftar və sahur yeməyi verərdilər.


Tarix: 27.11.2014 / 14:21 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqlı melumatlar
loading...