Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın Fəziləti

1. Əbu Musa rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə buyurdu: “Quran oxuyan mömin dadı gözəl, ətiri gözəl portaqal meyvəsi kimidir. Quran oxumayan mömin dadı gözəl, amma ətiri olmayan xurma kimidir. Quranı oxuyan günahkar kimsə ətiri gözəl, dadı acı reyhan otu kimidir. Quran oxumayan günahkar isə dadı acı, ətiri olmayan Əbu Cəhil qarpızı kimidir” (Buxari)

2. Abdullah ibn Ömər (r.a) dedi ki, mən peyğəmbərdən (s.ə.s) belə eşitdim: “Bu iki cür insandan başqasına qibtə edilməz. Bunlardan biri odur ki, Allah təala ona kitab verib. O da bu kitabla gecə yarısına qədər oxuyub məşğul olur. Digəri də odur ki, Allah təala ona çoxlu mal verib və o da bu malı gecə və gündüz saatlarında sədəqə olaraq dağıdır” (Buxari).

3. Əbu Hüreyrə (r.a) belə deyir: Rəsulullah (s.ə.s) belə dedi: “İki kimsədən başqasına qibtə edilməz; Biri, Allah ona Quranı öyrətmiş, o da gecənin saatları və gündüzün saatlarında onu oxuyur. Qonşusu eşidir və deyir: “-Kaş Filankəsə verilən Quran neməti mənə də veriləydi, onun əməl etdiyi kimi məndə əməl edəydim”. Digərinə isə Allah çoxlu mal-dövlət vermiş, o da malını Allah yolunda xərcləyir. Bunu eşidən bir nəfər: “-Kaş bu Filankəsə verilən maldan mənə də veriləydi və məndə onun kimi işlədəydim” deyə qibtə edir” (Buxari).

4. Osman (r.a) rəvayət edir ki: Peyğəmbər (s.ə.s) belə dedi: “Sizin ən xeyirliniz Quranı öyrənən və başqasına öyrədəndir” (Buxari).

5. Əbu Ümamənin belə dediyi rəvayət edilir: Peyğəmbəri (s.ə.s) belə deyərkən eşitdim: “Quranı oxuyun, Çünki, o qiyamət günü oxuyanlarına şəfaətçi olaraq gələcək” (Müslim).

6. Aişə (r.a) belə rəvayət etmişdir: “Quranı oxuyub məharət sahibi olan, hörmətli və itaətkar mələklərlə bərabərdir. Quranı oxuyan, oxunmasında kəkələyən kimsəyə isə iki mükafat vardır” (Buxari və Müslim).

7. İbn Məsud (r.a) belə rəvayət etmişdir: Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Kim Allhın kitabından bir hərf oxuyarsa ona bir yaxşılıq vardır. Bir yaxşılıq on qat savabdır. Mən Əlif Ləm Mim bir hərfdir demirəm. Əlif bir hərfdir, Ləm bir hərfdir, Mim də bir hərfdir” (Tirmizi).

8. İbn Abbas (r.a) belə demişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “İçərisində (əzbərində) Allahın kitabından heç nə olmayan kimsə xaraba qalmış ev kimidir” (Tirmizi).


Tarix: 25.04.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar
loading...