Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRƏ QISACA BİR NƏZƏR(İKİNCİ QİSİM GƏNCLƏR)

Bu gənclər əqidə azğınlığa uğrayan, getdiyi yolun fərqinə varmayan, özü ilə qürurlanan və öz qüsurlarını ifşa edən kimsələrdir. Bu insanlar nə başqasından haqqı qəbul edər, nə də özündə olan batili rədd edərlər. Öz hərəkətlərində elə eqoistlik edərlər ki, sanki o, dünya üçün, dünya da yalnız onun üçün yaradılıb. Bunlar haqqa boyun əyməyən və batildən dönməyən inadkar gənclərdir.

Onlar nə Allahın, nə də insanların hüquqlarının pozulması barəsində heç bir şeyi düşünməzlər. Onlar öz fikirlərində, davranışlarında və bütün hərəkətlərində tarazlığı itirmiş özbaşına insanlardır. Həmçinin onlar öz fikirlərilə elə qürur duyarlar ki, sanki haqq yalnız onların dedikləridir. Elə hesab edərlər ki, özləri xətalardan uzaq, lakin başqaları isə günahkardır.
Həmin gənclər öz dinlərində doğru yoldan azmış və öz hərəkətlərində ictimai ənənələrdən çıxmışdırlar. Onlar pis əməllərini özlərinə gözəlləşdirərək onu yaxşı görmüş, həmçinin dünya həyatında əməlləri puça çıxmış ziyan çəkənlərdəndirlər. Onlar özlərinin yaxşı əməl sahibi olduqlarını düşünərlər.
Bu cür insanlar özlərinə uğursuzluq, cəmiyyətə isə fəlakət gətirər, habelə öz ümmətini ən pis vəziyyətə salar və onun şərəf və kəramətə nail olmasına maneəçilik törədərlər. Onlar sanki bir mikrob, öldürücü və çətin sağalan xəstəlikdirlər. Bundan yalnız Allahın dilədiyi bəndə qurtula bilər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.


Tarix: 13.04.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...