Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərindən) əziyyət çəkdiyinə görə qadın ondan boşanma tələb edə bilərmi?

Sual: Birinci həyat yoldaşımla boşandıqdan sonra əmimoğlu maddi vəziyyəti yaxşı olanda mənə ailə həyatı qurmağı təklif etmişdir. O mənə deyir ki, heç bir kəsin məni ondan almasına icazə verməyəcək. Mənə olan sevgisini ifadə etmək üçün olduqca çoxlu sözlər deyir və həyat yoldaşı ilə yola getmədiyini bildirir. O 12 ildir ki mənə evlilik təklifini etmişdir.
12 il sonra biz evləndik və razılığa gəldik ki, o hər ikimizə qarşı ədalətli davranacaq və Allah rızası üçün birinci zövcəsinə qarşı etinazıs davranmayacaqdır. Mənimlə evlənməyinə peşman olmaması üçün mən bəzi haqqlarımdan imtina etmişəm. O mənim üçün hər zaman dua edərdi, çünki mən ona bəzi çoxarvadlı kişilərin çəkdiyi əziyyəti vermirdim.
Evliliyimizin birinci ayında hamilə oldum. Üç aydan sonra o yatağımı və məni tərk etdi. Hazırda ailəmlə birgə yaşayıram. O üzümə baxa bilməyəcəyini və qətiyyən məni istəmədiyini deyir və eyni zamanda bildirir ki, boşanmaq kimi bu cür böyük bir hadisənin baş verməsindən qorxduğu üçün hamilə olduğum vaxt görüşməyimizdən boyun qaçırır. Məni xatırladığında özünü pis hiss etdiyini söyləyir.
O, elm əhlindən bu davranış tərzi barəsində Qurandan soruşacağına söz vermişdir. İndi onu hər iki, yaxud üç aydan bir beş dəqiqədən çox görə bilmirəm və ya telefonla hərdən zəng edir. Mən səbr edirəm və məsələnin üzərinə çox getmirəm. İndi üçüncü ildir və yenə də eyni vəziyyətdir. Heç nə dəyişməyib. Mən onun tərəfindən nifrət, əzab-əziyyət, hörmətsizlik və alçaldılmaqdan başqa bir şey görmürəm. Nə edim mən? Ondan boşanım, yoxsa illər keçdikcə onun dəyişəcəyinə ümid edərək gözləyim mi?
Cavab: Həmd-səna Allaha məxsusdur.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Hansı qadın heç bir səbəb olmadan ərindən boşanmaq istəyərsə cənnətin iyi ona haram olar”. Əl-Tirmizi rəvayət edib və əl-Albaninin “Səhih əl-Tirmizi” əsərində hədisə səhih demişdir.
“Burada heç bir səbəb olmadan” ibarəsindən qəsd olunan, boşanma tələb etmək üçün onu buna vadar edən çətinlikdir.
Boşanmaq üçün qadını vadar edən hər hansı bir səbəb olmadan nikahın pozulmasını (boşanma) istəmək qadına haram edilmişdir və belə ki, bəzi alimlər məsələn İbn Həcər əl-Heytəmi “əl-Zəvəcir” əsərində bunu böyük günahlardan saymışdır.
Əvvəl keçən hədisdən aydın olur ki, qadın ərindən boşanma istəyə bilər. Çətinlik və yaxud evliliyin davam etdiyi təqdirdə zərər meydana gəlməsi” kimi hal varsa boşanma istəməyə icazə verilir.
Buna əsaslanaraq deyirik ki, məsələ sizin vəsf etdiyiniz kimidisə, yəni əriniz sizi 3 il əvvəl tərk edibsə, sizin ondan ayrılmağınızda heç bir problem yoxdur.
Amma sizin üçün daha xeyirlisi səbr etmək və ərinin başına gələn bu problemi onun həll etməsinə cəhd etmək üçün onu buna dəvət etməkdir. Ola bilsin ki, Allah ona şəfa versin və hər şeyi yoluna qoysun. Lakin mövcud vəziyyətin qəti olaraq yaxşılaşmayacağını zənn edirsinizsə və ümid edirsiniz ki, əgər ondan ayrılsanız başqa biri ilə evlənə biləcəksiniz, bu halda boşanmaq daha xeyirlidir. Çünki Allah buyurur (mənaca tərcümədə):“Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!” (ən-Nisa 4:130)
Sizi xatırladığında onda nifrət hissinin oyanması, köksünün sıxılmasına gəldikdə, ola bilsin ki bunun səbəbi ona edilən sehrin təsirin altında düşməsindən dolayıdır. Buna görə də şəriətə uyğun rüqyadan (Quran ayələri və hədislərdə varid olan dualarla müalicə) istifadə etməli və yaxud ona rüqya oxunması üçün sünnəyə sadiq olan mömin bir kəsin yanına getmək lazımdır.
Ən doğrusunu Allah bilir.


Tarix: 06.04.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Maraqlı melumatlar
loading...