Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ResulAllahim

Sənə min yol salam, min yol salavat,
Ey varliq səbəbi, eşqiylə həyat
Bəxş edən hər kəsə, şahi-məxluqat!
Sənə bir ərzim var, iznin var isə,
Qoy səninlə bahəm duysun kainat.
Mən səni sevirəm, RəsulAllahım!

Bilirəm, olduqca xətalarım var,
Bilirəm, olduqca günahlarım var.
Bununla yanaşı, unutma, ey yar,
Məni daşlasa da bir zaman səni
Məkkə çöllərində daşa basanlar,
Mən səni sevirəm, RəsulAllahım!

Bağışla, qapina gəlmişəmsə gec,
Ümmətin olaraq məni də gəl seç.
Lütf elə, nə olar, günahımdan keç,
Özümü dərk edib biləndən bəri,
Gözlərim kimsəni görmədi ki, heç.
Mən səni sevirəm, RəsulAllahım!
Mən səni sevirəm, RəsulAllahım


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Maraqlı melumatlar
loading...