Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (ŞƏRİƏT VƏSİYYƏTİ)

ŞƏRİƏT VƏSİYYƏTİ.
Şərafətli Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində insanları vəsiyyətə sövq edən fikirlər vardır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «Hər bir müsəlman gecə yatmamışdan qabaq ona tövsiyə edilən heç bir şeyi unutmamalıdır: başı altında yazılı vəsiyyət olmadan yatmamalıdır» (Əl-Buxarinin, Müslimin və başqalarının rəvayəti).
İbn Ömər demişdir: «Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözlərini eşitdikdən sonra bir gecə belə olmamışdır ki, vəsiyyətim mənimlə olmasın» (yuxarıda göstərilən mənbə).

VƏSIYYƏT EDƏN AŞAĞIDAKILARI BILMƏLIDIR.
1. Onun vəsiyyəti, həmçinin, birbaşa varis olmayan qohumları da əhatə etməlidir.
2. Bu növ vəsiyyətə malik olduğu mal-dövlətin üçdə birindən çox olmayan hissəsi daxil edilməlidir.
3. İki mömin müsəlman bu vəsiyyətə şahid olmalıdır.
4. Birbaşa varislərə aid vəsiyyətdə övladlarından birinin digərindən üstün tutulmasına, birinin paydan məhrum edilməsinə, zülm, ədalətsizlik, zərər yetirmək və s. kimi şeylərə yol verilməməlidir.
5. İndiki vaxtda adamların əksəriyyətinin öz dinlərində, ölüm və cənazə məsələlərində bidətə yol verdiklərini nəzərə alaraq müsəlman olan şəxsin öz cənazəsini Sünnəyə (şəriətə) uyğun bir şəkildə hazırlayıb, dəfn olunmasını vəsiyyət etməsi vacibdir.
Aşağıda şəriət vəsiyyətinin tam mətnini veririk. (Mahmud Mehdi İstanbuli: «Riyadul-cənnəti», səh. 152-157).


Bismilləhir-rahmənir-rahim
Mən......................................................-a(ə) aşağıdakıları vəsiyyət edirəm.
Şəhadət verirəm ki, vahid Allahdan başqa ibadət haqqı olan tanrı yoxdur. Onun şəriki yoxdur, Məhəmməd Onun qulu və rəsuludur. Allah qəbirdə olanları dirildir.
Ailəmə Allahdan qorxmağı, bir-birinə mehriban olmağı, Allaha və onun Rəsuluna itaət etməyi vəsiyyət edirəm.İbrahimin öz oğullarına və Yaquba etdiyi vəsiyyəti edirəm: « Oğullarım! Allah sizin üçün din ayırmışdır. Siz yalnız müsəlman olaraq ölməlisiniz». Onlara Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) öz millətinə etdiyi vəsiyyəti edirəm: «Namaz.... namaz». Allahdan Sizi mənə rahatlıq, rəhmət, Rəbbimin razılığına gətirəcək əməllərə sövq etməsini diləyirəm.
Ailəm vəsiyyətimi bu cür həyata keçirməlidir:
1) Məni ölümə şəriət alimləri və pak adamlar hazırlamalıdırlar. Məni öz Rəbbimin sədaqətli bir bəndəsi kimi xatırlamalı, ondan mərhəmət və məğfirət diləməlidirlər.
2) Ara-sıra mənə tövhid kəlməsini təlqin etməlidirlər.
3) Ruhum uçduqda gözlərimi yummalı, mənə xeyir arzulamalıdırlar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Sünnəsində göstərildiyi kimi, cəsədimi hazırlamaq və torpağa tapşırmaq işini gecikdirməməlidirlər.
4) Onlar uca səslə ağlamağa, şivən qoparmağa, peşimançılıq, şikayət, üz cırmaq, cahillərin etdikləri dualar və s. kimi əməllərə mane olmalıdırlar.
5) Öləndən sonra ailəm mənə təlqin edilməsinə qəti mane olmalıdır.
6) Qəbrimə xına səpilməsi, başımın altına balınc qoyulması və s. bu kimi işləri yasaq etməlidirlər.
7) Ölü sahibinə bir dəfə verilən başsağlığı ilə kifayətlənməlidirlər.
8) Ölüyə Quran oxumaq, matəm günləri, cümə axşamları, qırx tutmaq və s. bu cür əməllərə yol verilməməlidir.
9) Bundan əlavə, mən.........məbləğində pulu və ..........malımı ayırmışam ki, mənimlə qohum olan kasıblara, yetimlərə və kimsəsizlərə, pak Sünnəyə əməl edənlərə sərf edilsin.
Həmçinin, öz malımdan ................. hissəsini ayırmışam və .............................-a(ə) tapşırıram ki, vəz, irşad (haqq yolu), müsəlman ayinlərinin icrası işinə sərf edilsin ............................ -nın(nin) bu işlərə nəzarət etməsini vəsiyyət edirəm.
Aşağıdakı kitabları elm öyrənənlərə verirəm ...................................
Mən hər bir əməldə, hər bir hərəkətdə, hər bir sözdə Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüda yoluna müxalif olmaqdan tam bəraətli bir halda Allaha üz tuturam.
Bu vəsiyyətimi bildirdim: «Onu eşidib sonradan dəyişdirənin günahı (vəsiyyəti) dəyişdirənlərin günahı kimidir. Allah hər şeyi biləndir».
Özümə və müsəlmanlara Allahdan uğurlar, xoşbəxt aqibət və «La ilahə illəllah» kəlməsi dilində ölüm diləyirəm.
Rəbbimə alqış olsun. O, vəsf edilənlərdən ucadır! Rəsullara salam olsun! Aləmilərin Rəbbinə həmdü səna olsun!

Tarix................... Hicri............... [Miladi]
Şahid................. Şahid..............

Vəsiyyət sahibinin imzası.......................
QEYD: ŞƏRIƏT VƏSIYYƏTI SÜNNƏDƏ TAMAMILƏ BU ŞƏKILDƏ VERILMIR. LAKIN, FIKRIMIZCƏ, BU FORMA ALLAH TƏALANIN ISTƏYINƏ DAHA ÇOX UYĞUNDUR. VƏSIYYƏT EDƏN ONA TAM ŞƏKILDƏ HƏRFƏN RIAYƏT ETMƏSƏ DƏ, ONUN MƏZMUN VƏ TƏLƏBLƏRINDƏN UZAQ OLMAMALIDIR. ALLAH TƏALA BILƏN YAXŞIDIR.


Əli Həsən Əli Əbdül


Tarix: 17.04.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar
loading...