Əgər əcəllər məlum olsa,arzular rüsvay və bərbad olar.
İmam Museyi Kazım(ə)
Qohumluq əlaqəsini bir içim su ilə də olsa,möhkəmləndir.
İmam Rza(ə)
Hər kim ata-anasına qəzəblə baxsa,onlar ona zülm etmiş olsalar da belə,onun namazı qəbul deyil.
İmam Sadiq(ə)
Ehtiyatın bir həddi vardır ki,onu aşdıqda qorxaqlığa çevrilər.
İmam Həsən Əskəri(ə)
Səni kədərləndirən pis bir işin,səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.
Həzrət Əli(ə)
Valideyn üçün dua etməmək ruzini azaldar.
Həzrət Əli(ə)
Xoş o kəsin halına ki,Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub,günah və xətasına isə ağlayır.
Həzrət Əli(ə)
Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.
İmam Məhəmməd Təqi(ə)
Yeməkdən əvvəl və sonra əlləri yumaq ömrü çoxaldır.
Həzrət Əli(ə)
Hər kim bağışlasa,əziz olar.Hər kim paxıllıq etsə,xar olar.
İmam Hüseyn(ə)
Sizlərdən bir şəxs müsəlman qardaşının çətinliyə düşdüyün bilsə,dərhal onu həll etsin və macal verməsin ki,o,öz istəyini dilinə gətirsin.
İmam Əli(ə)
Arzu ilğım kimidir,onu görəni aldadır və ümid bağlayanı məyus edir.
Həzrət Əli(ə)
Allah dərgahında ən sevimli əməllərdən biri mömini sevindirmək,ac olarsa onu doydurmaq,qəm-qüssəsini dağıtmaq və borcunu ödəməkdir.
İmam Sadiq(ə)
Sükut hikmət qapılarından olan bir qapıdır.
İmam Rza(ə)
Tənbəlliyə,süstlüyə adət edənlər heç vaxt xoşbəx ola bilməzlər.
Həzrət Əli(ə)
And olsun Allaha!Allah camaatdan iki şey istəyib.Biri odur ki,Onun nemətlərini iqrar etsinlər,O da həmin nemətləri artırsın və öz günahlarını etiraf etsinlər və O da bağışlasın.
İmam Məhəmməd Baqir(ə)
Həs kəs Allahın qulu olsa,Allah-təala hər şeyi ona qul və müti edər.
İmam Həsən(ə)
Əmanətdarlıq və düz danışmaq ruzinin çoxalmasına səbəb olur.Xəyanət və yalan isə kasıbçılıq və nifaqa səbəb olur.
İmam Museyi Kazım(ə)
Tarix: 04.06.2013 / 21:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar