Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zinanın (qeyri qanuni cinsi yaxınlıq) zərərləri

Zina böyük günahlardan, fahişə əməllərindən sayılır. O həddindən artıq pis və biabırçı bir əməldir.
Allah taala zinanı haram edərək buyurmuşdur:
"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (əl-İsra: 32).

Zinanın təhlükəsi, böyük zərəri və şərinə görə Allah taala onun haram olduğunu bildirmiş, onu edənə şiddətli əzab vəd etmişdir. Onun üçün həm dünya və həm də axirət cəzası təyin etmişdir. Zinanın zərərləri həddindən artıq çoxdur. Biz onları üç: dini, nəfsi və ictimai qismə bölürük.
Zinanın dinə vurduğu zərərləri:
Allah taaladan uzaqlaşmaq
Allah taala belə əməllərə nifrət etdiyinə görə onları haram etmişdir. Allah taala belə günahları qeyd etdikdən sonra buyurmuşdur:
"Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir." (əl-İsra: 38).
Imanın zəifləməsi
Iman saleh əməllər etməklə artar, günah etməklə azalar. Zina günahların ən böyüyü sayılır. Zina etmək qəlbdən iman nurunu aparır və onu zəiflədir. Zinakar imanını tam itirmə təhlükəsi ilə qarşılaşa bilər. Əbu Hureyrə (r) Peyğəmbərdən (sav) rəvayət edərək deyir:
"Zinakar zina etdiyi vaxt mömindir (yəni, qəlbində olan iman tam silinmir"(Buxari: 5\ 119\ ? 2475. Müslim: 1\ 76-77\ ? 57.)
Allah taala buyurur:
"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edənlərdən başqa!..." (əl-Furqan: 68-70).
Zinanın ictimai zərərləri:
Onun ictimai zərərləri həddindən artıq çoxdur.
1.Zina, qurulmuş evləri yıxır. Çünki, zinakar kişi öz arvadından soyuyur və onunla yaxınlıq etmək istəmir. Bunu hiss edən arvad ilə ər arasında soyuqluq baş verəcəkdir. Kişi isə arvadının ona əlavə ağır yük, həmçinin hədəflərinə mane olmasını hiss edəcəkdir. Arvad ərinin bu hərəkətini bildikdə qəm-qüssəyə düşür və bununla ailə problemlərinə qapı açılır. Bunun iki həlli vardır: ya kişi etdiyi çirkin əməldən əl çəkməlidir, ya da qurulmuş ailə tamamilə dağılmalıdır.
Əgər zina edən arvad olarsa, bu, həmin ailənin artıq dağılması deməkdir. Çünki qadın mülayimlikdə güclü, müqavimətdə isə zəifdir. Əgər qadın bu əməlini davam etdirərsə, onun ailəsi mütləq dağılar, özü və övladları şərə düçar olarlar.
2.O, vələduzna (zinadan doğulan) uşaqların olmasına səbəbdir. Bu isə bir neçə baxımdan böyük təhlükədir.
Birinci: Başqa kişidən hamilə qalmış qadın böyük təhlükə etmişdir. Onun bu əməli ilə ailəyə şər daxil olar. Peyğəmbər  belə qadına şiddətli əzab vəd edərək buyurmuşdur:
"Hər hansı qadın yad kişini öz həyatına qatarsa, Allah taalanın yanında dəyərsiz olar və Allah taala onu cənnətə daxil etməz"(Əbu Davud: 2\ 695, 696\ ? 2263. Nəsai: 6\ 490, 491\ ? 3481.)
Ikinci: Ərinin olan uşaqdan şübhələnməsi. Belə halda ər həmin arvadla yaşamağa razılıq verər və bu da onun üçün nəfsi sıxıntılar yaradar. Nəticədə isə ya uşaqları, ya arvadı və yaxud da hamısını qətlə yetirər.
Yaxud da ər arvaddan ayrılmağa qərar verər və lənətləşərək ayrılarlar. Beləliklə ailə dağılar və həm qadın, həm də onun ailəsi camaat arasında biabır olarlar.
Üçüncü: Ərdə olmayan zinakar qadının hamilə qalaraq biabır olması. Belə qadın ya uşağı öldürərək haram qan axıdar və nahaq yerə adam öldürənlərin sırasında dayanar. Yaxud uşağı doğub atar və ya özü saxlayar. Hər iki halda həmin uşağın heç bir günahı olmayan bir işə görə qəlbi sınar və hamı tərəfindən ona sıxıntı gələr. Bu, şeytanın fitnəsinə düşərək edilmiş günahın nəticəsidir. Həmin uşaq buna görə əziyyət çəkəcək və ya pis tərbiyə olunduğuna görə o da bu yolda olacaqdır. Yalnız Allah taalanın rəhməti və lütfü onu bu çirkin əməldən xilas də bilər.
3. Qadın ərsiz və qısır qalsa belə etdiyi zinanın ona mənfi təsiri və müxtəlif zərəri dəyəcəkdir. Buna misal:
a. Qadının qədir-qiyməti onun həyası və iffətindədir. Etdiyi fahişəlik və iyrənc əməli nəticəsində bunları itirən qadın kişilərin əlində oyuncaq, dəyərsiz və qiymətsiz olar, təhqirlərə məruz qalar. Həyatı çirkinlik və natəmizlik içərisində davam edər. Belə qadın Allah taalaya tövbə edə bilər, lakin bununla belə onun pis xatirəsi kişilərdə qalacaqdır.
b. Qadının zinakarlıq etməsi onun ailəsi üçün rüsvayçılıq və təhqirdir.
c. Qadınla əvvəllər zina etmiş kişilər sonralar onu narahat etməyə cəhd göstərər və yenidən onu istəmədiyi işə sürükləyərlər. Əvvəllər belə işlə məşğul olmuş, sonra Allaha tövbə etmiş, onun əvvəlki vəziyyətindən xəbərsiz olan bir kişiyə ərə getmiş neçə-neçə qadınların əvvəllər etdikləri pis əməllərinə görə ailələri dağılmışdır. Bu sirrin açılmasına səbəb onunla zina etmiş kişilərdir. Onlar həmin qadınları əvvəlki əməllərinə qaytarmaq üçün onun ailəsini dağıtmaq istəyərlər. Belə halda zinakar qadın iki yol ayrıcında qalar. Bu iki yolun ən şirini pisdir. Əgər şirini pisdirsə, gör onun digəri necədir!
4. Subay kişinin zina etməsi onun üçün müxtəlif təhlükələr yaradır. Buna misal:
a. Zina etdiyi qadının ailəsi tərəfindən ona qarşı olan təhlükə.
b. O, etdiyi pis əməlinə görə öz ailəsinə rüsvayçılıq gətirər və hamı belə insana qız verməkdən çəkinər.
c. Onun etdiyi bu zinadan qadının hamilə qalması. Bu onun üçün böyük biabırçılq və rüsvayçılıqdır.
d. Bu işlə məşğul olan kişilər zənnə və fikrə qapanarlar. O, pozğun qadınlardan gördüyü təcrübəyə əsasən öz namuslu və iffətli həyat yoldaşından şübhələnər. Nəfsini boğan şübhələr ona əzab verər və hər ikisi sıxıntı içərisində yaşayarlar.
5. Cəmiyyətdə olan zinakarlıq kişilərin evlənməkdən yayınmasına səbəbdir. Bunun da bir çox zərərləri vardır:
a. Mehribançılıq və qohumluqdan məhrumiyyət. Çünki evlilik olmayan yerdə ailələrin arasında qohumluq əlaqələri də olmaz. Həmçinin subay qalan insanlar cəmiyyətlə çox az ünsiyyətdə olarlar. Heç kəslə danışmaz və heç kəs də onu danışdırmaz.
b. Nəslin və zürriyyətin kəsilməsi. Çünki zinakar qadın və kişilərin uşaq böyütməyə səbirləri çatmaz. Beləliklə cəmiyyətin üzvləri azalar.
c. Kişilərin evlilikdən üz döndərmələri çoxlu sayda qadınların dul qalmasına səbəb olur. Bu da cəmiyyətdə zinanın çoxalması və s. kimi pis nəticələr verir.

Zinanın bədənə vurduğu zərərləri:
Zina, pis cinayət, qəbahətli əməldir. Bu əməlin əvəzində Allah taala dünya və axirət cəzası təyin etmişdir. Əslində zinakar çox vaxt məhvedici xəstəliklərdən qurtula bilmir. Bu Allah taala tərəfindən bir cəzadır. Zinanın həqiqətən bir sıra xəstəliklərə səbəb olması aşkarlanmışdır və bu xəstəliklərdən aşağıdakıları demək olar:
1. SPID xəstəliyi: Bu xəstəlik insanın bədənini zəiflədir və insan bədənində məhvedici xəstəliklərə şərait yaradır. Bu xəstəlik zina vasitəsi ilə kişidən qadına, qadından da kişiyə keçir.
2. Sifilis (yoluxucu zöhrəvi) xəstəliyi: Bu kişi və qadınların tənasül orqanlarına və digər orqanlarına düşən mikrobdur. Bu mikrobun bədənə düşməsi nəticəsində dəridə səpgilər əmələ gəlir və bədənin digər yerlərinə də yayılır. Bu xəstəlik dərinləşərək insanın sinir sisteminə təsir edə bilər.
3. Süzənək (qonoreya) xəstəliyi: Bu xəstəlik olan insanların tənasül orqanlarından orada baş vermiş iltihablar nəticəsində, irinli maye axır. Bu həm kişilərə həm də qadınlara yoluxur. Bu xəstəlik dərinləşərək qatı yaralara çevrilər və insanı sonsuz edər.
Sadaladığımız bu xəstəliklər, bəlalar və zərərlərə görə Allah taala insana bir mərhəmət, dini, ictimai, nəfsi və bədəni sağlamlıq nəticəsi və nicat yolu kimi, bu əməli haram etmişdir.


Tarix: 18.04.2013 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 679 Bölmə: Maraqlı melumatlar
loading...