Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: “Müsəlman birinin başına xəstəlik, üzüntü, kədər, çətinlik və ya hər hansı bir müsibət gələrsə, Allah onun günahlarından bir qismini silər”.
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: “Mömin yaşıl təzə əkin kimidir. KÜlək hardan əssə, onu əyər. Dikəldikdə isə bəla və müsibət yenə onu əyər. Günahkar biri isə küknar ağacı kimidir. Allah istədiyi zaman onu yerə sərənədək ayaqda dimdik tutar”.
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: “Allah kimin yaxşılığını istəyərsə ona müsibət verər”.
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: “Hansı müsəlmanın başına bir əziyyət gəlsə, ağacın yarpaqları töküldüyü kimi Allahda onun günahlarını tökər silər.”
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Səbr, fəlakətlə ilk qarşılaşdığımız zaman olur."
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Haqqında birçox insanın aldandığı iki nemət vardır: Sağlıq və boş vaxt."
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Əlini, bədənin ağrıyan yerinə qoy və üç dəfə, "Bismillah," de. Yeddi dəfə də: "Əûzi billahi və qüdrətihi min şərri mâ əcidû və uhazirû," de!"
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Müalicə olun! Qocalıqdan başqa , Allah dərmansız heçbir xəstəlik yaratmayıb."
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Xəstələrinizi yeməyə içməyə məcbur etməyin! Şübhəsiz, Allah onları həm yedizdirər həm də içizdirər."
Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Kim bir xəstəni, ya da bir müsəlman qardaşını Allah üçün ziyarət edərsə, bir səslənici ona belə səslənər: "Xoş yaşayın! Gedişin də xoş oldu! Cənnətdə də özünə gözəl bir yer hazırladın!"
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Maraqlı melumatlar