əl-Fatir – «Həmd göyləri və yeri yaradan Allahındır». (Fatir 1).
Peyğəmbər (s.a.v) buyurdu: «Ey göyləri və yeri yaradan Allahım!».
Həlimi (Allah rəhmət etsin) demişdir: «Fatir – yeri və göyü bir-birindən ayıran, yarandır. «Kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı (yardığımızı), hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl-Ənbiya 30). Allah göyləri yağmurla, yerləri də bitkilərlə yarmışdır. «Sizi yaratmaq çətindir. Yoxsa göyü ki, Allah onu yaratdı. Qübbəsini ucaltdı, düzəldib nizama saldı, gecəsini qaranlıq, gündüzünü işıqlı etdi. Bundan sonra da yeri döşəyib düzəltdi. Ondan suyunu və otlağını çıxartdı. Dağları yerləşdirdi». (ən-Nəziət 27-32).
Xattabi demişdir: «Fatir – varlılıqları yaradandır. Yəni onları yoxdan var edəndir. Bu ayədə bu mənadadır. «Bizi kim (bu həyata) qaytara bilər deyəcəklər. De ki: «Sizi ilk dəfə yaradan». (əl-İsra 51). İbn Abbas(r.a) deyir ki: «Mən göylərin və yerin Fatirinin nə məna ifadə etdiyini bilmirdim. İki bədəvi bir quyunun yanında mübhisə edərkən biri: «Mən bunun fatiriyəm» dedikdə mənasını başa düşdüm. Bədəvi bu sözü ilə quyunun özü düzəltdiyini qəsd edirdi»
(Beyhəqi s. 26,27. )
Tarix: 05.05.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar