Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEYSANILER!

Qeysanilər-şiə yönümlü İslam məzhəbi Tarixi Qeysanilər Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin
imamətini qəbul etmiş şiə yönümlü
təriqətlərindən biridir. Bu təriqətin
yaradıcısı Muxtar ibn Əbu Übeyd
Səqəfi olmuşdur. O Abdulla ibn
Zübeyrin (64/684–73/692) hakimiyyəti zamanı Xilafətdə siyasi
qeyri-stabillikdən və daxili
çəkişmələrdən istifadə edərək, Kufəyə gəlib Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin
xeyrinə fəal təbliğat aparmışdır.
Müsəlman tarixçiləri qeyd edirlər ki,
Məhəmməd ibnül-Hənəfiyyənin bu
barədə xəbəri olmayıb. Onun
adından istifadə edərək, fəaliyyət göstərən adamlarla da onun
əlaqələri olmamış Muxtarı isə o rədd
etmişdir. Tarixçilərin yazdıqlarını görə, Muxtar
müsəlmanların peyğəmbər ailəsinə
qarşı məhəbbətindən sui istifadə
edən adamlardan olmuş və pis
məqsədlər güdmüşdür. Xəlifə Əlinin
hakimiyyəti vaxtı o, İraqda yaşamış, onun ölümündən sonra isə Bəsrəyə
getmişdir. Hüseyn ibn Əli Kərbəlada
şəhid ediləndən sonra Muxtar
dövlətin əleyhinə apardığı təbliğata
görə Əməvilərin Kufədəki canişini
Übeydulla ibn Ziyad tərəfindən həbs edilmişdir. Azadlığa buraxılandan
sonra isə Əməvilərə qarşı üsyana
qalxmış Abdulla ibn Zübeyrin
hərəkatında fəal iştirak etmişdir,
sonda ondan İraqa göndərinməsini xahiş etmişdir. Onun xahişi yerinə
yetiriləndən sonra o Kufəyə qetmiş
və orada həbs edilmişdir, qaynı
Abdulla ibn Ömərin vasitəçiliyi ilə
azadlığa buraxılmışdır. Muxtarın
azadlığa buraxılmasının şərti şəhərdə qarışıqlıq salmamaq
olmuşdur. Lakin o, verdiyi sözə əməl
etməmiş, azad olan kimi
tərəfdarlarını gizli olaraq ətrafına
toplayıb, onlardan sədaqət andı
almışdır. Tədricən qüvvətlənərək onlar xəlifə Abdulla ibn Zübeyr
tərəfindən təyin olunmuş əyalət
valisi Abdulla ibn Mütiyə qarşı qiyam
qaldırmışdırlar. Xəlifə qiyamı yatırmaq üçün onlara qarşı Şibs ibn
Ribinin başçılığı altında qoşun
göndərmişdir. Lakin şəhər əhalisi
tərəfindən dəstəklənən qiyamçılar
qoşunu məğlub edə bilmişdirlər. Bu
hadisədən sonra Küfə valisi Bəsrəyə qaçdı, Muxtar isə şəhərdə
hakimiyyəti əlinə keçirdi. Bu uğurdan sonra, qiyamçılar Əməvilərə qarşı müfəqqiyyətlə vuruşsalar da, Abdulla ibn Zübeyrin
qoşunu tərəfindən məğlub
edilmişdilər. Muxtar isə hicrətin 68-ci
ilində öldürülmüşdür. Qeysaniləri ya
Muxtar əs-Səqəfinin "Qeysan"
ləqəbinə, ya da Məhəmməd ibnül- Hənəfiyyənin şagirdlərinin birinin
adına görə belə adlandırmışdırlar. Təlimi Qeysanilərin təlimi "ifratçı"
təriqətlərdən fərqli olmuşdur. Belə
ki, onlar Əli ibn Əbu Talibi və onun
nəslindən olan imamları
ilahiləşdirməmiş, amma onların
günahsız müqəddəs insan olduqlarını və bu səbəbdən onlara
tabe olmağın vacibliyini iddia
etmişdirlər. Onların inanclarına görə,
imamlar dünyadakı İlahi təcəssümün
nümunələridirlər. Onlar hətta
peyğəmbərlərə bərabər sayılırdılar. Şiə təriqətlərinin çoxunda olduğu
kimi, qeysanilər də imamın gəlişini
gözləyirdilər. İkinci gəlişı gözlənilən
imam kimi isə Məhəmməd ibnül-
Hənəfiyyəni qəbul edirdilər.
Qeysanilərin bir hissəsi onun öldüyünü təsdiq edib, yenidən dirilib
dünyaya qayıdacağına inanırdılar.
Başqa qruplar isə onun ölməsi
faktını rədd edib, bir başqa yerdə
yaşadığını iddia edirdilər. Daha
sonra qeysanilər inanırdılar ki, Allah imamlara hansısa göstəriş versə də,
onu başqası ilə (hətta ona zidd
olanla) dəyişə bilər. Bəzi xəbərlərə
görə, onlar insanın ölümündən
sonra onun ruhunun başqa
bədənlərə köçməsinə də inanırdılar. Sonu Lakin qeysanilərin içində birlik
olmamışdır və onlar bir neçə
təriqətlərə parçalanmışdırlar.
Müsəlman tarixçilərinin yazdıqlarına
görə, onların arasında iki əsas qol
olmuşdur: muxtarilər (Muxtar Səqəfinin tərəfdarları) və həşimilərdir
(Məhəmməd ibn-Hənəfiyyənin oğlu
Əbu Həşimin imamlığını qəbul
edənlər). Həşimilər də bir neçə
təriqətə parçalanmışdırlar. Onlardan
biri, Əbu Həşimdən sonra imamətin Bəyan ibn Siman Nəhdiyə keçdiyini
iddia edən bəyanilər olmuşdurlar.
Əbu Həşimdən sonra imamətin
Abbasilər nəslinə keçdiyini iddia
edən rizamilər də qeysani
təriqətlərindən biri olmuşdur. Onlara Abbasi şiələri də deyirlər. Hal-
hazırda qeysanilər təriqəti yoxdur


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 174 Bölmə: Maraqlı melumatlar
loading...