Quran:
«Qisasda sizin üçün həyat vardır, ey ağıl sahibləri! Bəlkə, təqvalı olasınız». (Bəqərə surəsi, ayə 179)
«Bu haram ay, o haram olan ayın müqabilindədir. Hörmətsizliyin qisası var. Sizə qarşı həddini aşana, siz də həmin ölçüdə həddi aşın. Allahdan qorxun və bilin ki, Allah təqvalılarladır». (Bəqərə surəsi, ayə 194)
«Tövratda onlar üçün müəyyən etdik ki, canın qisası can, gözün qisası göz, burunun qisası burun, qulağın qisası qulaq və dişin qisası dişdir. Yaraların da (həmin ardıcıllıqla) qisası var. Kim ondan (qisasdan) keçərsə, onünçün (günahlarının) kəffarə olacaqdır. Allahın nazil etdiyi ilə hökm etməyənlərin özü, əlbəttə ki, zalımlardır».(Maidə surəsi, ayə 45)
Hədis:
5244. Allahın Peyğəmbəri (s): «Ey camaat! Mən də yalnız sizlər kimi bir insanam və bəlkə də tezliklə aranızdan gedəcəyəm. Əgər kiminsə abrına, saçına, dərisinə və ya malına zərər vurmuşamsa, indi budur Məhəmmədin abrı, saçı, dərisi və malı. Qalxsın və qisasını alsın. Heç vaxt sizlərdən kimsə deməsin: Mən Məhəmmədin düşmənçilik və kinindən qorxuram. Bilin ki, bu iki xislət mənim əxlaq və təbiətimdən uzaqdır». (Kənzul-ummal, hədis 39831)
5245. Allahın Peyğəmbəri (s): «Elə bir müsəlman kişi yoxdur ki, bədəninin bir hissəsinə zərər yetirilsin və ondan (qisasından) keçsin. Yalnız bunun səbəbinə Allahın onu bir mərtəbə yüksəltdiyi və bir günahını sildiyi kimsələrdən başqa». (Kənzul-ummal, hədis 39850)
5246. İmam Əli (ə): «Allah-Taala imanı çirkdən təmizlənmək, qisası isə qanları qorumaq üçün vacib buyurmuşdur». (Nəhcül-bəlağə, hikmət 252)
5247. İmam Əli (ə): «Daşı sənə atıldığı yerə qaytar. Çünki pislik pislikdən başqa cür dəf edilməz». (Ğurərul-hikəm, hədis 5394)
5248. İmam Səccad (ə) («Qisasda sizin üçün bir həyat var» ayəsi haqda buyurduqlarından): «Çünki kimsə başqasını öldürmək qərarına gəlsə və belə olan halda qisas olunacağını bilsə, qətldən çəkinər. Bu, həm öldürmək istədiyi şəxsin sağ qalmasına, həm də adam öldürmək niyyətində olan cinayətkarın sağ qalmasına, eləcə də başqalarının həyatda qalmasına səbəb olar. Belə ki, onlar qisasın vacib və lazım olduğunu bildikləri halda, qisasın qorxusundan adam öldürməyə cürət etməzlər». (ət-Təfsirul-Mənsub lil-İmam əl-Əskəri (ə), səh.595, hədis 354)
1516. Qisası güzəştə getmək
5249. Allahın Peyğəmbəri (s): «Kim qandan (qisasdan) keçsə, onun cəzası cənnətdən başqa bir şey olmaz». (Kənzul-ummal, hədis 39854)
5250. İmam Sadiq (ə) («Kim qisasdan keçsə, bu onunçün kəffarə olacaq» ayəsi haqda suala cavabından): «Etdiyi güzəşt qədər, onun günahlarından silinəcək». (əl-Kafi, c.7 səh.358, hədis 1)
Tarix: 08.06.2013 / 14:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar