Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zəruridir. Quran müxtəlif şəkillərdə Əhli-beyt (a.s.) haqqında bəhs etmişdir:
1. Bəzən xüsusi ifadələrlə onlardan söhbət açır və Əhli-beytin (a.s.) ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Buna misal olaraq «Vilayət» (Maidə/55) ayəsini qeyd etmək olar. Necə ki, Qurani-kərimdə buyurulur:
«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.»
Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Əli (a.s.) haqqında nazil olmuşdur.
2. Bəzən də Əhli-beytə (a.s.) aid olan hadisələri zikr edir və bu barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Məsələn, «Ali-İmran» sürəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «İtam» ayəsini buna misal göstərmək olar.
Əhli-beyt (a.s.) haqqında çox ayələr nazil olmuşdur, lakin biz burada onların bəziləri haqda söhbət edəcəyik:
1- Xüsusi Ayələr:
Quranda bir çox ayələr vardır ki, Peyğəmbərin (s.a.a.) qardaşı və O həzrtin (s.a.a.) Əhli-beytinin (a.s.) ilkini hesab olunan imam Əli ibn Əbi Talibin (a.s.) haqqında nazil olmuşdur. Əli (a.s.) uşaqlıq vaxtından həzrət Peyğəmbərin (s.a.a.) tərbiyəsi altında böyümüş və o həzrətin (s.a.a.) ecazkar əxlaqını mənimsəmişdir. On yaşında ikən iman gətirərək Peyğəmbərin (s.a.a.) dəvətini qəbul etmiş, döyüşlərdə İslam bayraqdarı, qəhrəman sərkərdə və lazım gəldikdə adi əsgər kimi İslam aləminə misilsiz xidmətlər göstərmişdir. İslam tarixində məşhur olan müharibələrdə, o cümlədən Uhud, Bədr, Huneyn, Əhzab, Xeybər və Zatus-səlasil kimi ağır döyüşlərdə o həzrətin qazandığı zəfərlər hamıya məlumdur. Peyğəmbərimizin (s.a.a.) o müqəddəs vücud barədə buyurduğu sözləri tarix səhifələrini bəzəmiş və Əlinin (a.s.) yüksəkliyinə dəlalət edən əbədi nişanələrə çevrilmişdir. Əgər Quran ayələrinin nazil olma səbəbləri ilə maraqlansaq görərik ki, bir çox ayələr də vardır ki, həzrət Əmirəl-möminin Əli (a.s.) haqqında nazil olmuşdur. Bu ayələr:
1. O həzrətin (a.s.) şücaət, qəhrəmanlıq və Allah yolunda fədakarlığını;
2. Düşmənlərin əziyyət və məsxərələri qarşısında səbr və mətanətini;
3. Təqvasi, pərhizkarlığı, başqalarına etdiyi bəxşiş və ehsan, nəhayət, möminlərin üzərində olan ilahi rəhbərlik və vilayətini əhatə edir.
Həmin ayələrdən nümunə üçün burada bəzilərini qeyd edəcəyik
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar