Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatı (zamanı) söyməyin hökmü

Sual- İnsan qəzəblənsə və yaxud həyatdan bezsə həyatı söyə bilərmi? Ümid edirik ki, bu barədə bizə nəsihət edəcəksiniz.

Cavab-Həmd Allaha məxsusdur.

İnsan həyatından bezsə onun həyatı söyməsinə icazə verilmir. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm qüdsi hədisdə Allah təaladan rəvayət edir ki, Allah təala buyurur: “Adəmoğlu zamanı söyməklə Məni incidir və Mən Zamanam. Gecə və gündüzün bir-birini əvəz etməsi Mənim əlimdədir”. Həmçinin rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Zamanı söyməyin, çünki Zaman Allahdır”, yəni, zamanı idarə edən Allahdır. Ona görə də insanın başına bir bəla gəldikdə o səbirli olmalı və mükafatını ümid etməlidir, çünki Allah səbirli olmağı əmr etmişdir.

Allah təala Öz peyğəmbərinə sallallahu aleyhi və səlləm buyurur: “Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!”. (Hud 11:49)

İnsan bilsin ki, başına nə gəlirsə-gəlsin, dünyanın onun başına gələnlərdən daha böyük (müsibətlər)var. Əgər o bunu dərk edərsə, o zaman onun probleminə mətanət göstərməsi daha asan olacaqdır.

Şeyx Muhəmməd əl-Salihin fətvalar silsiləsindən, “Dəvət jurnalı, məsələ # 1757, səh.45”.



Muhammad ibn Salih əl Useymin


Tarix: 06.04.2013 / 15:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar
loading...