• Harisə ibn Vəhb (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Sizə cəhənnəm əhlindən xəbər verimmi? Bunlar; kobud, xəsis və kibirli adamlardır.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 61; Sünəni-Tirmizi, Babül-Cəhənnəm, 2608.)
• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanlar! Bilin ki, Rəbbiniz birdir. Atanız da birdir, hamınız Adəmdənsiniz, Adəm də torpaqdandır... Ərəbin ərəb olmayana üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.” (Səhihi-Müslim, c. 2, səh. 890)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “...Allah Təala, günah bağışlayan kimsənin şərəfini artırır; Allah rizası üçün təvazökar olan şəxsləri ucaldır...” (Səhihi-Müslim, Kitabul-Birr, 19.)
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Comərd mömin Allaha yaxındır, cənnətə yaxındır, insanlara yaxındır, cəhənnəmdən uzaqdır. Xəsis isə Allahdan uzaqdır, cənnətdən uzaqdır, insanlardan uzaqdır, cəhənnəmə yaxındır.” (Sünəni-Tirmizi, Babül-Birr, 1988.)
• Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “İki xislət vardır ki, bunlar, bir mömində əsla birlikdə olmaz: Xəsislik və pis əxlaq.” (Sünəni-Tirmizi, Babul-Birr, 1962; İbrahim Canan, Hədis Ensiklopediyası, c. 2, səh. 42.)
• Əbu Hüreyrədən, Rəsulullahın belə buyurduğu rəvayət edilmişdir: “Zənn etməkdən uzaq durun, Çünki (pis) zənn, sözlərin ən yalan olanıdır...” (Səhihi-Buxari Kitabul-Ədəb, c. 7, səh. 88-89, Səhihi-Müslim, Kitabul-Birr, 2563.)
• Kəb ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Bir sürüyə salınan iki ac qurd, o sürüyə, insanın mal və şərəf ehtirasıyla dininə verdiyi zərərdən daha ağır zərər verə bilməz.” (Sünəni-Tirmizi, Babuz-Zühd, 2377.)
• Sabit ibn Dahhak (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “... Müsəlmana lənət edən adam, onu öldürmüş kimi olur...” (Səhihi-Buxari, Kitabul-Ədəb, c. 7 səh. 84.)
• Abdullah bin Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlmanı söymək fasiqlik (asilik), onu öldürmək isə küfürdür» «Muslim, 218-ci hədis»
• Əbu Hüreyrənin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Əməli saleh olan lənət oxumaz» «Muslim, 6551-ci hədis»
• Əbud-Dərdənin (r.a) rəayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Lənət oxuyanlar Qiyamət günü nə şəfaətçi (Qiyamət günü Allah qarşısında günahkar müsəlman üçün bağışlanma diləyən) nə də şahid ola bilər» «Muslim 6553-cü hədis»
• Səmurə bin Cündəbin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Bir-birinizlə Allahın qəzəbiylə və ya lənətiylə və ya Cəhənnəmiylə lənətləşməyin» «Əbu-Daud, 4906-cı hədis» «Tirmizi, 1977-ci hədis»
• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Allaha və axirət gününə inanan adam qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə inanan adam müsafirinə ikram etsin. Allaha və axirət gününə inanan adam ya xeyir danışsın yaxud sussun.” (Səhihi-Buxari, Kitabul-Ədəb, c. 7, səh. 78-79.)
Tarix: 26.04.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar