Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəhərin ucqar tərəfindən gələn bir kişi

İndiki Hələb şəhərinin yaxınlığında Antakya adlanan böyük bir şəhər yerləşir. Orada Antixes adlı bir hökmdar var idi. Bu hökmdar və oranın əhalisi onlara heç bir zərər və xeyir verə bilməyən bütlərə ibadət edirdilər. Onlar hər şeyi yaradan tək Allaha ibadət etməzdilər.

Allah bu kafirlər üçün iki peyğəmbər göndərdi ki, onları Allaha iman gətirməyə və təkcə Ona ibadət etməyə çağırsın! Hmçinin, onlar bu işdə bir-birilərinə kömək etməli, çətinliklərə birgə sinə gəlməli və günahkar xalqa qarşı birgə mübarizə aparmalı idilər. Lakin həm Antakya hökmdarı, həm də əhali bu iki peyğəmbəri yalançıqda ittiham edib, onlara inanmadılar.

Bir müddətdən sonra Allah təala Antakya əhalisinə üçüncü peyğəmbər göndərdi ki, digər iki peyğəmbərin dəvətininə yardımçı olsun. Onlar əhaliyə qarşı tək kəlmə ətrafında birləşib dedilər: "Allah bizi sizə elçi olaraq göndərib ki, sizi yalnız Ona ibadət etməyə çağıraq". Lakin qövmləri onları yenə yalan saydılar və dedilər: "Necə olur ki, siz də bizim kimi insan övladı ola-ola sizə vəhy gəlir?! Bəs sizə vəhy gəldiyi kimi, bizə niyə gəlmir?! Ona görə də siz yalançısınız". Bu üç peyğəmbər yenə də səbr etdilər və müşrikləri şirkdən xilas etmək üçün onlarla xoş danışdılar. Lakin onların təkəbbürü və inadı daha da artdı. Onlar peyğəmbərlərin gəlişlərini şəhərlərinin şərr və bəlaya düçar olacaqları ilə izah etdilər. Və onları dəvətdən əl çəkməyəcəkləri təqdirdə, lənətləyəcəkləri, daşa basacaqları və əzab-əziyyətə məruz qoyacaqları ilə hədələdilər.

Bu şəhərin kənarında ucqar bir evdə Həbib ən-Nəccar adlı əməlisaleh bir kişi yaşıyırdı. O, camaatın peyğəmbərlərə qarşı pis davranışı haqda eşitdikdə, üz tutur Antakya şəhərinə ki, Allahın peyğəmbərlərinə kömək etsin və qövmünə onlara itaət etməyi başa salsın. O, qövmünün Allah tərəfindən əzaba düçar olmasını istəmirdi. Camaata tövsiyə edərək dedi: "Həqiqətən də bu peyğəmbərlər insanı həyatda xoşbəxt və razı salan doğru yol gətiriblər. Həqiqətən, Allah yaradan və ruzi verəndir. Sizin bu ibadət etdiyiniz bütlər nədir?! Nə fayda verə bilər, nə də ziyan! Nə öldürə bilər, nə də dirildə! Allahı qoyub, siz necə onlara ibadət edirsiniz?!"

Həbib ən-Nəccar qəzəbli baxışlarına və haqsızca ucalan səslərə fikir vermədən imkanlı və güclü şəxslərin qarşısında dayanıb camaata səsləndi. Öldürülə biləcəyinindən qorxduğu halda o, aşkaranə və hər kəsin eşidəcəyi səsdə dedi: "Mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!" Camaat bu əməlisaleh insanın yanına axışdı. Onları qəzəb və nifrət bürümüşdü. Hamısı birdən tək bir adımın üstünə cumdular. Onu ayaqları ilə tapdalayıb öldürdülər. Onların bu şərr əməllərinin qarşısını alan bir nəfər də olmadı. Lakin Allah onlardan mütləq qisas alacaqdı.

Budur, Antakyanın hökmdarından və əhalisindən alınacaq qisas vaxtı yetişdi. Allah onları zəlil edir və öldürür. Bu intiqam əzabı yalnız bir çığırtı səsi ilə gerçəkləşdi. Bu səs o qədər güclü idi ki, onların kökslərindəki qəlbləri parça-parça oldu. Onların tamamilə səsləri kəsildi. Nə danışa, nə hərəkət edə, nə də nəfəs ala bildilər. Bu, Allahın əzəmətli qüdrətinin əlamətidir ki, tək bir çığırıq səsi ilə bütün şəhəri məhv etdi. Allah təala Həbib ən-Nəccarı isə Öz yolunda şəhid etmək üçün seçdi. O, öldükdən və Cənnət nemətlərindən daddıqdan sonra da, arzu etdi ki, kaş Allah onu dirildib yenidən öz qövmünə göndərərdi və doğru yola gəlmələri üçün onlara öz gördüyü nemətlərdən danışardı. Görün, necə də əməlisaleh bir insandır ki, həm sağlığında, həm də ölümündən sonra öz qövmünə hidayət diləyir.


Tarix: 11.04.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar
loading...