Bəxtiyar Vahabzadənin "Gülüstan"da dediyi kimi, "bir deyən olmadı durun ağalar", haradan çıxdı bu "Valentin", kim bunu bizə nə zaman sırıdı kimsənin xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları soyuq qış günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan sətəlcəm olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə bulvarda gəzəsiniz? Başınıza atmı təpmişdi, yoxsa günmü qəhətiydi, bəylər? Deməssiniz, həmin gün 14 fevral Beynəlxalq Sevgililər günü imiş (Adıbatmışın ismi yaman gurultulu səslənir). Soruşanda ki, kim bu günə belə don geyindirib?
Kimsənin xəbəri yox! Yaxşı, bu Valentin dediyiniz vələdüzzina kimdir? Vallahi xəbərləri yox! Bəs nə üçün həmin şəxsin şərəfinə küçəyə tökülürsünüz? Əlqərəz, cavab belə olur ki, adətdir, gərək həmin gün eşqinin qurbanı olan Valentinin şərəfinə sevgililər küçələrdən yığışmasın. Kim qoydu bu qanunu?
Tarixdə şəxsiyyətləri öyrənərkən onun yaşadığı mühiti və o zamankı ab-havanı da nəzərə almaq gərəkdir. Belə olmadıqda, şəxsiyyətin hərəkətlərinə düzgün qiymət vermək və ümumiyyətlə doğru qərar çıxarmaq mümkün deyil. Katolik xristianların "Əziz Valentin" deyərək öydükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Fevral ayının sevgi-məhəbbət ayı olması isə onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma adət-ənənələrinə dayanır. Qədim Romada 14 fevral bütün Roma xalqı üçün isə xüsusi önəm daşıyırdı. Həmin gün inancları gərəyincə, Roma "tanrı" və "tanrıçaları"nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kəsimi üçün böyük önəm daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə ifratcasına əylənmələri idi (Bunun nəyi pisdir deyə tələsik qərar çıxarmayın. Unutmayın ki, Allah səbredənlərlədir!) Bu bayramda hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Bu seçim bir baxımdan lotereya oyununu xatırladırdı. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir mağaranın önündəki çəlləyə tullayır. Həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı keçən qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdılar və bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün yüzlərlə, bəlkə də minlərlə kişi və qadın Allah-Təalanın lənətləyərək "çirkin bir həyasızlıq" deyə qiymətləndirdiyi əməli gerçəkləşdirirdi.
Valentini o dünyalıq etdirən imperator II Kladius isə bu hallara son qoymaq istəyən bir imerator kimi xarakterizə olunur. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır. Və Valentinin ölümü və onun səbəbləri barədə isə müxtəlif mülahizələr vardır. Bunlardan ən yayılmış olanı və qüvvətlisi budur ki, həmin keşiş imperatorun əmri olmasına baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam edirmiş və romalıların məlum mağarasını özünə ibadətgah seçibmiş. Nəzərə alsaq ki, Valentin xristianlığın yayıldığı ilk əsrlərdə yaşayıb, onun mağarada fəaliyyət göstərməsi heç də təəccüblü sayılmamalıdır. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda - məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür. Bu da onu deməyə əsas verir ki, bu şəxs heç də nə məhbəsxana müdirinin qızına aşiq olması ucbatından, nə də katoliklərin iddia etdiyi kimi xristianlığın təbliği üzündən bizim eranın 273-ci ilində öldürülüb, o, məhz sərt imperatorun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub. Bu qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə bu işlərə stimulverici rol oynayan şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, ən azı bu hal səngisin. Ən maraqlısı isə onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutmayın", "Sizi sevirəm" deyə məktublar göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü məlumatını şübhə altına alır və onun haqqında söylənən "homoseksualist" ifadəsinin doğruluq dərəcəsini artırır. Axı kişinin kişiyə "səni sevirəm" deməsinə bundan başqa hansı adı vermək olar?!
Əslində belə bir şəxsin qutsallaşdırılaraq əzizlənməsi xristian törələrinə də ziddir. Yəni xristianların müqəddəs saydıqları Həzrəti Məryəm bir təmizlik nümunəsi idi. O, nə qədər iftiraya uğrasa da, Allah onu və oğlu həzrəti İsanı daim insanların gözündə pak və üzüağ çıxarmışdır. Və istənilən dindən olan şəxs həzrəti Məryəmi sayğı və sevgi ilə anmaqdadır. Qurani Kərimin "ət-Təhrim" surəsinin 12-ci ayəsində həzrəti Məryəm haqqında buyurulur ki, "İmranın qızı Məryəmi də (zikr et) ki, o, öz irz-namusunu qorumuşdu. Beləcə, Biz ona ruhumuzdan üflədik. O da Rəbbinin kəlimələrini və kitablarını təsdiq etdi. O, (Rəbbinə) könüldən bağlı olanlarladı."
Halbuki bütün dinlərə görə, Allah qatında qəbul olunan din, elçilər tərəfindən təbliğ edilən dindir və kor-korənə şəkildə dədə-babalarının batil inanclarına bağlı qalmaq heç bir səmavi kitabda qəbul olunmur: "Onlara "Allah nazil etdiyinə və elçiyə tərəf gəlin" deyildiyində, "Atalarımızı üzərində gördüyümüz şey bizə yetər" deyirlər. Bəlkə ataları bir şey bilmir və ya hidayət olmayıbdısa"? (Qurani Kərim, Maidə surəsi, 104)
(mənbə:Yeni Çağ İnformasiya Agentliyi)
Müsəlmanın Valentin gününü keçirməsi?
Sual: Son dövrlərdə “Sevgililər Bayramı” nı (Valentin günü) qeyd etmək, xüsusilə də qız tələbələr arasında geniş vüsət almışdır. Bu xristianların bayramlarından bir bayramdır. O gündə insanlar başdan ayağa qırmızı paltarlar və ayaqqabılar geyir, bir-birinə qızıl gül bağışlayırlar. Ümid edirik, hörmətli şeyx, bu cür bayramları keçirmək barəsində şəriət hökmünü bizə aydınlaşdıracaqsınız. Bu cür məsələlərdə müsəlmanlara sizin nəsihətiniz, məsləhətiniz nədir? Allah sizi qorusun və mühafizə etsin.
Mərhəmətli və Rəhimli Allahın adı ilə. Salam aleykum va rahmətullahi və bərəkətuhu. (Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun). Sevgililər bayramını (Valentin günü ) keçirmək müxtəlif səbəblərdən dolayı qadağandır.
Birincisi: Bu bidət (dində heç bir əsası olmayan) bir bayramdır və şəriətimizdə bunun heç bir əsası yoxdur.
İkincisi: Bu bayram ehtiras və aludəçiliyə səsləyir.
Üçüncüsü: Qəlbi bu cür bayağı işlər və sələfi salihin (saleh əcdadlarımız Allah onlardan razı olsun) yoluna zidd olan məsələlər ilə məşğul olmağa çağırır.
Ona görə də, bayram münasibətilə o gün yemək vermək, içki (meyvə şirələri və s.) vermək və yaxud hədiyyələşmək, bundan başqa şeylər etmək qadağandır. Müsəlmana vacibdir ki, özünü fərqləndirsin və dini ilə fəxr etsin, hər qışqıran adama cavab verən şəxsiyyətsiz insanlardan olmasın. Uca Allahdan diləyim budur ki, müsəlmanları bütün fitnələrdən, açıqından və gizlisindən qorusun, Öz qayğısını və köməyini bizim üzərimizdə saxlasın.
(Məcmu Rəsəil və Fətəvə ,Muhammad ibn Salih əl Useymin)
Tarix: 11.04.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 441 Bölmə: Maraqlı melumatlar