Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) MUMİN - MUHEYMİN

əl-Mumin – Qullarına zülm etməyən, onları şərdən qoruyan, əmin edən deməkdir. «O, Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir, Quddusdur, Səlamdır, Mumindir, Muhəymindir». (əl-Həşr 23). Mucahid deyir ki: «Tək və şəriksiz olduğunu doğrulayandır. «Allah özündən başqa ibadətə layiq haqq ilah olamadığına şahiddir». (Ali İmran 18). Peyğəmbəri möcüzələrlə, möminləri vəd etdiyi savabla, inkarçıları da vəd etdiyi əzabı verməklə doğrulayandır. Dostlarını əzabından və onlara zülm etməkdən əmin edən, qullarını da qorxudan qurtarıb əminliyə qovuşduran Odur
(İbn Kəsir 8/343, Qurtubi 10/676. )

Xattabi deyir ki: «İman, təsdiq etmək, doğrulamaq deməkdir. Buna görə də mömin təsdiq edən, doğrulayan mənasındadır. Allahın mömin ismi iki mənanı verir. 1) Qullarına vəd etdiyi ruzini verməklə və yaxşı əməllərinin savabını axirətdə onlara verməklə yerinə yetirərək doğrulayandır. 2) Möminlərin Onun haqqındakı zənlərini doğru çıxarmaq. Onların ümüdlərini boşa çıxarmamaqdır. Peyğəmbər (s.a.v) öz Rəbbindən buyurdu: «Mən qulumun Mənim haqqımdakı zənnindəyəm. Artıq Mənim üçün dilədiyi zəndə olsun»
(Əhməd 3/491. )

əl-Muheymin – Doğrulayan, təsdiq edən, hamilik edən, qoruyan deməkdir. «O, Allah ki, Ondan başqa ibadətə layiq haqq ilah yoxdur. Məlikdir, Quddusdur, Səlamdır, Mumindir, Muheymindir». (əl-Həşr 23). Həlimi deyir ki: «Muheymin – Qiyamət günü Ona ibadət edənlərin ibadətlərindən və savablarından bir şey əskiltməyəndir. O, simic deyildir ki, verdiyi savabı çox görsün və buna görə də bəzi əməlləri gizlətsin. Savab verməklə Ondan və mülkündən heç bir şey əskilməz. Allah yaxşıların yaxşılıqlarından və savablarından bir şey əskiltmədiyi kimi, asilərin də üsyanlarından və haqq etdikləri cəzalardan bir şey artırmaz. Yalan və haqsızlıq onun haqqında mümkün deyildir. «Biz sənə Quranı haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi endirdik». (əl-Maidə 48). İbn Abbas  deyir ki: «Muheymin – doğrulayan, təsdiq edən və güvənilir mənasındadır».


Tarix: 05.05.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar
loading...