Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaşının əlindən tutub Cənnətə girin

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Peyğəmbər əfəndimiz, bir gün gülümsədi....
Bunu görən Həzrəti Ömər səbəbini sual etdi. Rəsulullah əfəndimiz buyurdu ki:....

(Ümmətimdən iki adam, axirətdə hesablaşarlar...)
- Biri "Ya Rəbbi, bu adamdan haqqımı al" - deyər.
Allahu təala, o birinə, "Bu adamın haqqını ver" - buyurar. Adam, "Ya Rəbbi, bir yaxşılığım qalmadı ki necə verim?" - deyər.
Allahu təala haqq sahibinə, "Bu adamın yaxşılığı qalmadı. Nə edəcəksən" - buyurar. Adam "Elə isə günahlarımı götürsün" - deyər.

Bu vaxt Peyğəmbər əfəndimiz ağlayaraq "O gün elə dəhşətli bir gündür ki, o gün başqalarının günahlarını yüklənmək belə qalsın, insan öz günahının yükünü çəkə bilməz" - buyurdu.

Allahu təala, haqq sahibinə,
- Başını qaldır, Cənnətin bu möhtəşəm köşklərinə bax - deyər.
Haqq sahibi baxdıqdan sonra,
- Bəli görürəm. Bu möhtəşəm köşklər, hansı peyğəmbərin və ya hansı şəhidindir. - deyər.
Allahu təala,
- O gördüyün göz qamaşdırıcı köşklər, əvəzlərini ödəyənlər üçündür. - buyurar...
Adam,
- Ya Rəbbi bunların əvəzlərini kim ödəyə bilər ki? - deyər.
Allahu təala, "Sən ödəyə bilərsən" - buyurar.
Adam,
- Necə ödəyə bilərəm, neyim var ki? - deyər.
Allahu təala, "Haqqını bu qardaşına bağışlamaqla bu köşkə sahib olarsan" - buyurar.
Adam dərhal, "Bağışladım ya Rəbbi" deyər.
Allahu təala,
- Qardaşının əlindən tutub Cənnətə girin - buyurar.
Peyğəmbər əfəndimiz əleyhissalam davam edərək buyurdu ki:

- Allahdan qorxun və aralarınızı düzəltməyə çalışın! Çünki Allahu təala, qiyamət günündə sizin aralarınızı düzəldər. [Haraiti]


Tarix: 04.06.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...