Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahların Nəticələri

“Müsnəd”də Saubanın hədisi rəvayət edilir ki, Allahın Rəsulu(sav) , deyib: “Həqiqətən insan etdiyi günaha görə ruzidən məhrum olur”.

Həmçinin orada Saubanın digər hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav), deyib: “Digər ümmətlərin hər tərəfdən sizə yemək qabına daraşan kimi daraşacaqları vaxt yaxındır”. “Ondan soruşdular: “Bu biz az olduğumuz üçün baş verəçək?” O dedi: “Yox o zaman siz çox olacaqsınız, lakin çöp seldə olan kimi parçalanaçaqsınız. Allah düşmənlərinizin ürəklərindən sizə qarşı qorxunu götürəcək və sizin ürəklərinizə zəiflik yerləşdirəçək”. Ondan soruşdular: “Nə zəiflik?” O dedi: “Dünya həyatına sevgi və ölümə nifrət”.

“Müsnəd”də Ənasın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , deyib: “Məni səmaya apardıqda mən üzlərini və sinələrini cırmaqlayan, dırnaqları misdən olan insanların yanından keçdim. Mən soruşdum: “Ey Cabrayıl, bunlar kimdir?” O cavab verdi: “bunlar – insanların ətini yeyib, namuslarına toxunanlardır”.

Ət-Tirmizinin “Sünanə”sində Əbu Hüreyranın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , deyib: “Axirətə yaxın insanlar içərisində dinin əvəzinə dünya nemətlərini istəyənlər və adamlar qarşısında qoyun dərisi geyinənlər peyda olacaqlar. Qəlbləri canavar qəlbi olduğu halda dilləri şəkərdən şirin olacaq. Qudrətli və İzzətli Allah deyəcək: “Mənə qarşı siz aldandınız. Mənə qarşı asi olmağa ürəkləndiniz? Mən onlara hətta ən səbirli kişiləri belə sarsıdan fitnə göndərəcəyəm”.


İbn Əbu əd-Darda Cəfər bin Məhəmməddən, o da atasından rəvayət edirlər ki, Əli (bin Əbu Talib) Allah ondan razı olsun deyib: “Zaman gələcək ki, islamdan yalnız adı, Qurandan isə hərflər qalacaq. O günlər ucaltdıqları məscidlər soküləcək, onların alimləri isə səma altında ən pisləri olacaqlar. Aralarında fitnə yaranacaq və onların özlərinə qayıdacaq”.

O, həmçinin Simak bin Harbdan, o da Əbd ər-Rəhman bin Abdullah bin Masuddan rəvayət edib ki, onun atası deyib: “Zinakarlıq və sələm hər hansı məkanda peyda olduqda Qudrətli və İzzətli Allah həmin məkanı məhv etməyə izn verir”.

Əl-Həsənin (əl-Basrinin) mürsəl hədisində deyilir: “Insanlar elmlərini göstərib əməlləri etmədikdə, bir-birlərini sözdə sevib, ürəklərində nifrət etdikdə və qohumluq əlaqələrini pozduqda Qudrətli və İzzətli Allah onları lənətləyər, eşitmə və görmədən məhrum edər.”.

İbn Macanın “Sünanə”sində Abdullah bin Ömər bin əl-Həttabdan hədis rəvayət edilir: “Bir dəfə mən on muhacirlə Allahın Rəsulunun yanında idim. O bizə üzünü çevirdi və dedi: “Ey muhacirlər! Allah sizi beş fitnədən qorusun: insanlar aşkar əxlaqsızlıq etsələr aralarında cüzam və keçmişdə əjdadlarında olmayan xəstəliklər yayılar; tərəzi və ölçüdə aldatsalar ağır illəri başlayar, ərzaq qıtlığı və zalım hökmdarlar araya gələr; mülklərindən zəkat verməsələr səmadan yağan yağışdan məhrum olarlar və mal qara olmasa yağışlar ümumiyyətlə yağmazdı; Allah və Rəsulu ilə əhdə sadiq olmasalar Allah düşmənlərə onlara qalib gəlməyə və malik olduqları malların bir hissəsini onlardan almağa icazə verər; hakimləri Qudrətli və İzzətli Allahın Kitabında nazil olunanla hökm verməsələr Allah aralarında düşmənçilik səpər”.

“Müsnəd” və”Sünanə”də Əmr bin Murdan, o da Səlim bin Übu əl-Cadadan rəvayət edilir ki, Əbu Ubeyd bin Abdullah bin Masud atasından Allahın Rəsulunun (sav) , belə dediyini eşidib: “Sizdən əvvəlkilərdən kimsə günah işlədikdə bunu etməyi qadağan edən biri onun yanına gələrdi və ona bəraət axtarardı, növbəti gün isə onun gunah etdiyini görməmiş kimi onunla yeyib içməyə oturardı. Qüdrətli və İzzətli Allah bunu gördükdə onları parçaladı və sonra Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlədi. Bu onların asi olub hədləri aşdıqlarına görə idi. Nəfsim əlində olana and olsun ki, siz yaxşını əmr edib pisliklərdən çəkindirəcəksiniz, səfehlərin əlindən tutub haqla getməyi əmr edəcəksiniz, əks halda Allah qəlblərinizi parçalayar və sonra onları lənətlədiyi kimi sizi də lənətləyər”.

Ibn Əbu əd-Dünya İbrahimin sözündən rəvayət edir ki, Əmr əs-Sənani deyib: “Allah Yuşa bin Nuna vəhy edib: “Tayfanın qırx min ən yaxşılarını və altmış min ən pislərini məhv edəcəyəm”, O yalvardı: “Rəbbim bunlar ən pisidir! Bəs ən yaxşıları (nə günah edib)? O dedi: ”Onlar mən qəzəblənənə qəzəblənmirdilər və onlarla yeyib içirdilər”.

Əbu Ömər ibn Əbd əl-Bərr Əbu-İmranın sözlərindən rəvayət edir: “Qudrətli və İzzətli Allah iki mələyi bir məkanı bütün sakinləri ilə birgə məhv etmək üçün göndərir. Onlar orada ibadətgahında dayanıb namaz qılan bir adamı tapdılar və dedilər: “Ya Rəbb, orada Sənin namaz qılan filan qulun var”. Onda Qudrətli və İzzətli Allah dedi: “Onları məhv edin, onu da onlarla birgə məhv edin, çünki onun sifəti Mənə görə bir dəfə belə dəyişmədi”.(yəni mənim üçün günaha görə qəzəblənmədi)

Əl-Humeydi Süfyan bin Ueynin sözlərindən rəvayət edir ki, Suyan bin Saidin əmisi deyib: “Mələklərin birinə əmr edilmişdir ki, bir yeri çökəldərək məkanı məhv etsin. O dedi: “Rəbbim, orada ibadət edən filankəs var”. Onda Qudrət və İzzət sahibi olan Allah ona vəhy etdi: “Elə ondan başla, çünki sifəti bir dəfə belə dəyişmədi”.

İbn Əbu əd-Dünya Vahba bin Münabbihin sölərindən rəvayət edir: “Davud xəta etdikdə dedi: “Rəbbim, məni bağışla”. O dedi: “Mən artıq səni bağışlamışam, lakin sizin eybiniz İsrail oğullarının üzərinə düşəcək”. O soruşdu: “Rəbbim, axı Sən heç kəslə ədalətsiz davranmayan Ədalətli Hakimsən. Mən günah etdim, buna görə eyib digərlərinin üzərinə olacaq?” Onda Allah ona vəhy etdi: “Sən günah etdikdə onlar sənə qınaqlarını çatdırmağa tələsmədilər”.

Günahlar təbii fəlakətlərə gətirir

Ibn Əbu əd-Dünya Ənas bin Malikin sözlərindən rəvayət edir ki, bir dəfə o bir kişi ilə birgə Aişənin yanına gəldilər. Kişi soruşdu: “Möminlərin anası bizə zəlzələ haqqında danış”. O dedi: “Insanlar zinanı halal gördükdə, sərxoş edən içkilər içdikdə və çalğı alətlərində oynadıqda Qudrətli və İzzətli Allah səmasında qəzəblənəcək və yerə deyəcək: “Onları silkələ”. Əgər onlar tövbə edib bu əməlləri tərk etməsələr yer onları udar”. Kişi soruşdu: “Ey möminlərin anası, bu onlar üçün cəza olacaq?”. O cavab verdi: “Şubhəsiz bu möminlər üçün xəbərdarlıq və rəhmət, lakin kafirlər üçün cəza, əzab və qəzəb nümunəsi olacaq”. Ənas dedi: “Allah Rəsulunun hədislərindən sonra heç bir rəvayət bunun kimi məndə sevinc doğurmamışdı”.

Ibn Əbu Dünya mürsəl xəbəri rəvayət edir ki, Allah Rəsulunun (sav) , sağlığında zəlzələ oldu və o əlini yerə qoyub dedi: “Sakit ol, çünki sənin vaxtın hələ gəlməyib”. Sonra o səhabələrinə dönərək dedi: “Həqiqətən Rəbbiniz sizdən tövbə tələb edir, odur ki, tövbə ediniz!” Ömər bin əl-Hattabın (xələfəliyi) dövründə yenə zəlzələ oldu və o dedi: “Ey insanlar, bu zəlzələ yalnız sizin əməllərinizə görə baş verə bilərdi. Nəfsim əlində olana and olsun ki, o təkrar olsa, mən heç bir halda burada sizinlə qalmayacağam”.

Ibn Əbu Dünya digər rəvayəti gətirir ki, Ömərin (xəlifəlik) dövründə zəlzələ baş verir və o əli ilə yerə vurur və deyir: “Sənə nə olub? Sənə nə olub? Bu həşr olsaydı o öz xəbərlərini danışardı. Mən Allahın Rəsulunun (sav) , belə dediyini eşitmişəm: “Qiyamət günu başladıqda yerin hər bir dirsəyi və hər qarışı danışacaq”.

İmam Əhməd Safiyanın sözlərindən rəvayət edir: “Ömərin dövründə zəlzələ baş verdi və o dedi: “Ey insanlar bu nədir? Siz necə də tez bidətlər etməyə başladınız! Əgər zəlzələ təkrar olunsa mən heç bir halda sizinlə burada qalmayacağam”.
Kəb deyib: “Torpaq üzərində günah edildikdə silkələnir. O Əzəmətli Allah qarşısında qorxudan əsir

Ömər bin Əbd əl-Əziz şəhərlərə bu məzmunda məktublar göndərir: “Daha sonra: bu titrəyişlər vasitəsi ilə Qudrətli və İzzətli Allah qulları qınayır. Mən şəhərlərə məktublar göndərmişəm ki, filan ay filan gün onlar çıxsınlar və imkanı olan hər kəs sədəqə versin, çünki Qudrətli və İzzətli Allah deyib: “Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır”. (Əl-Ələ, 14-15). Və Adəm deyəni deyin: “Hər ikisi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq"– dedilər”. Və Nuh deyəni deyin: ”Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram” (Hud, 47). Və Yunus deyəni deyin: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam” (əl-Ənbiyə, 87).


Tarix: 12.04.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Maraqlı melumatlar
loading...