Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Varmi?

Adamın biri hər vaxt etdiyi kimi saç və saqqalını təraş etmek üçün bərbərə getdi. Onunla maraqlanan bərbərlə gözəl bir söhbətə başladılar. Dəyişik mövzular üzərində danışdılar. Birdən Allah ilə əlaqədar mövzu açıldı... Bərbər: \" Bax adamım, mən sənin söylədiyin kimi Allahın varlığına inanmıram.\" Adam: \" Yaxşı bəs niyə belə deyirsən?\" Bərbər: \" Bunu açıqlamaq çox asan. Bunu görmək üçün çölə çıxmalısan. indi mənə söyləyərsənmi, əgər Allah var olsaydı, bu qədər çox problemli, çətinlikli, xəstə insan olar idimi, tərk edilmiş uşaqlar olarmi? Allah olsaydı, kimsəyə acı çəkdirməz, bir-birini üzməzdi. Allah olsaydı, bunların olmasına icazə verəcəyini sanmıram...\" Adam bir an dayandı və düşündü, amma gərəksiz bir mübahisəyə girmək istəmədiyi üçün cavab vermədi. Bərbər işini bitirdikdən sonra adam çölə çıxdı. Həmin anda yolda uzun saçlı və saqqallı bir adam gördü. Adam bu qədər dağınıq göründüyünə görə aydındır ki təraş olmağından uzun müddət keçmiş idi. Adam bərbərin dükanına geri döndü. Adam: \" Bilirsənmi nə var, məncə bərbər deyə bir şey yox\" Bərbər: \" Bu necə ola bilər ki? Mən buradayam və bir bərbərəm.\" Adam: \" Xeyr, yox. çünki olsaydın, yolda gedən uzun saçlı və saqqallı adamlar olmazdı. Bərbər: \" Hımmm... Bərbər deyə bir şey var amma o insanlar mənə gəlmirsə, mən nə edə bilərəm ki?\" Adam: \" Qətiliklə doğru! Allah var, və insanlar ona getmirsə, bu getməyənlərin seçimi. Budur dünyada bu qədər çox acı ağrılı və kədər olmasının səbəbi!\"


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar
loading...