Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cadugərin və mürtədin tövbəsi qəbul olunurmu?

Sual: Sizin internet səhifənizdə oxumuşam ki, tövbə edən insan onun tövbəsinin qəbul olunmasına ümid etməlidir, lakin tövbəsinin qəbul olunmasından qəti əmin ola bilməz. Əgər bir insan küfr edibsə, sonra yenidən İslama qaydıbsa və Allahdan bağışlanma istəyibsə, o zaman o kəs onun tövbəsinin qəbul olunmasına ümid edə bilər? Ələlxüsus da, onun küfrü cadugərliklə məşğul olmaq olmuşdur. Əgər cavab “Həmin insanın sadəcə ümid etməlidir” isə, o zaman onun tövbələrinin qəbul olunmasına ümid etməsi münafiqlərin qəlblərindəki şübhələr ilə eyni hesab edilir? Xüsusilə də, bu şəkk, şübhələr imanın qəbul olunması barəsindədir, tövbənin qəbul edilməsi və küfrdən aşağı olan bir günaga görə isə? Xahiş edirəm, sualımı tezliklə cavablandırın. Mən, Allaha and olsun ki, demək olar ki, qorxudan yata bilmirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Bir insan küfrə, riddəyə düşərsə, sonra Allaha tövbə edərsə və ixlasla, səmimi olaraq islama gələrsə Allah onun tövbəsini qəbul edəcəkdir və onun pis əməllərini yaxşı əməllərə çevirəcəkdir. Necə ki, Allah təala bunu vəd etmişdir və Allah vədinə heç zaman xilaf çıxmır.

Qulun bu barədə şübhəsi olmamalıdır. Bir sıra alimlər açıq-aydın bəyan etmişdirlər ki, günahlardan tövbədən fərqli olaraq küfrdən tövbə mütləq məqbuldur, qəbul olunur. Belə ki, bəziləri demişdirlər ki, bu mütləq qəbul olunur və bəziləri isə demişdirlər ki, qəbul oluna da bilər və yaxud olunmaya da bilər.

Əl-Nəvəvi (Allah ona rəhmət etsin) Müslimin şərhində demişdir: Kafirin küfrdən tövbəsi mütləq qəbul olunur, lakin tövbənin digər növləri mütləq qəbul olunur, yoxsa qəbul olunması güman edilir? Bu məsələdə Əhli Sünnə arasında fikir ayrılığı var. İmam əl-Harameynin rəyi budur ki, bunun qəbul olunması güman edilir və bu daha doğru, səhih rəydir. Allah daha yaxşı bilir. Sitatın sonu.

Əl-İraqi, Tərh əl-Təsrib (8/40) əsərində demişdir: Tövbə böyük günahlara kəffarədir, silir və bu məsələdə icma var. Lakin bu kəffarə qətidir, yoxsa nisbidir (günahları silməsi güman edilir)? Küfrdən tövbəyə gəldikdə bu mütləqdir, lakin digər böyük günahlara gəldikdə Əhli Sünnə alimləri ixtilaf etmişdirlər.

İmam Nəvəvi demişdir: Ən güclü rəy budur ki, (böyük günahlardan tövbənin) qəbul olunması güman edilir. Mötəzilənin rəyi budur ki, ağıla görə tövbə mütləq qəbul olunmalıdır. (belə ki, hər bir şeydə ağılıa baş vurmaq onların yolu idi).

Əbul Abbas əl-Qurtubi demişdir:
Mənim söylədiyim budur ki, hər kim şəriəti Quran və Sünnəyə əsaslanaraq öyrənirsə, bu mövzu barəsində orada olanlara tabe olursa, yəqin olaraq bilir ki, Allah ixlaslı, səmimi olanların tövbəsini qəbul edir. Sitatın sonu.

İbn Aşur əl-Təhrir vəl Tənvir (1/914) əsərində demişdir: Əhli Sünnə alimləri iki firqəyə ayrılır: Bir firqənin rəyi budur ki, tövbə mütləq qəbul olunur, çünki bunu dəstəkləyən rəvayətlər mövcuddur. Rəvayətlərin böyük əksəriyyəti dəlalət edir ki, bu mütləq şəkildədir. Sitatın sonu.

Xülasə: küfrdən və riddədən (mürtədlikdən) tövbə edən nikbin olmalıdır, çünki islam ondan əvvəl olanları silir, necə ki peyğəmbər sallallahu aleyhi və səlləm Amr ibn əl-Asa (radiyallahu anhu) demişdir:”Məgər sən bilmirsən ki, islam ondan əvvəl olanları dağıdır?” (Müslim 121; rəvayət etmişdir)




Allah təala buyurur:

86 - İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!

87 - Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!

88 - Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!

89 - Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!” (Ali İmran 3:86-89)

Buraya cadugərlik ilə məşğul olan insanın küfrü də daxildir. O kəs Allaha tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Bu onunla Rəbbi arasında olan bir məsələdir. Cadugərin bu dünyada tövbəsinin qəbul olunmasına gəldikdə, bunun daha təfsilata ehtiyacı var.

Mütləqlik olmadan, tövbənin qəbul olunmasında ümid etməyin mənasına gəldikdə, bu küfrdən aşağı olan günahlardan tövbə ilə əlaqədardır. Bu o deməkdir ki, insan qorxur ki, onun tövbəsi ola bilsin ki qəbul olunmayıb, lakin o ümid edir ki, Rəbbi onun tövbəsini qəbul edəcəkdir. Bu o demək deyildir ki, insan onun imanının qəbul edilməsinə şübhə etməlidir və yaxud onun bu şübhəsi, münafiqlərin şübhəsi kimidir. Əksinə, həmin insan öz imanında yəqinlikdədir, lakin qorxur ki, tövbəsi qəbul olunmasa, Allah onun etdiyi günahlara görə onu cəzalandıra bilər.

Ey kərim, əziz qardaş! Sizin üzərinizə düşən Allaha yönəlmək və Ona itaət, ibadətlə məşğul olmaq, Allah haqqında yaxşı zənndə olmaqdır. Bilməlisiniz ki, Allah Ona sadiqliklə, ixlasla tövbə edənlərin tövbəsini qəbul edir və Allah Ona itaət edənləri izzətləndirir, Allah Ondan məğfirət diləyənləri sevir; Allah təala Ona tərəf dönənlərə sevinir və Allah həmin kəsləri Özünə yaxınlaşdırır, onlara səadət bəxş edir, onların qəlblərin açır, qəlblərini nurla doldurur. Allah təala tövbə edən qullarını itaətə və Onu zikrə yönləndirir.

Elə isə, həmin kəslərdən biri olmağa çalış və şeytanın vəsvəsələrinə fikir vermə, çünki şeytan insanların tövbəsini təxirə salmaq, sonraya ertələmək, onları ümidsizliyə salmaq istəyir ki, qullar öz zəlalətlərində davam etsinlər.

Şeytan insana deyir: Sən bu qədər günah etdiyin halda, Allah sənin tövbəni necə qəbul etsin, edə bilər?

İstənilən halda sənin tövbən qəbul olunmayacağından, nəyə görə özünü bu qədər yorursan?

Bu şeytanın yalanlarının və hiylələrinin, zəalələtə salmağının bir hissəsidir. Allah bir ananın öz övladına olan mərhəmətindən daha çox qullarına qarşı Mərhəmətlidir. Ona görə də, Allah tövbəni asanlaşdırmışdır və peşmançılıq keçirənlərin mükafatını artırmışdır. Allah gecələr əllərini qabağa uzadır ki, gündüz günah edənlərin tövbəsini qəbul etsin və O gündüzlər əllərini qabağa uzadır ki, gecə günah edənin tövbəsini qəbul etsin.

Ona görə də, Allaha tövbə edin və xeyir, uğur, müvəffəqiyyət barəsində nikbin olun.

Allah bizə və sizə olan hidayəti, köməyi, müvəffəqiyyəti və xoş güzəranı artırsın.

Allah daha yaxşı bilir.


Tarix: 06.04.2013 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Maraqlı melumatlar
loading...