Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimizin məktubları tapıldı

"NTV Tarix” jurnalı həzrəti Məhəmmədin (S.Ə.A.V) 9 əhəmiyyətli məktubunu nəşr edib. Türkiyəli tarixçi yazar Necdət Sakaoğlu tərəfindən araşdırılan məktubların əhəmiyyəti isə Hz.Məhəmmədin Misir-Həbəşistandan Şərqi Roma İmperatorluğuna qədər geniş bir coğrafiyadakı imperatorluq və hökmdarlara yazdığı, özlərini və həmin dövlətlərin vətəndaşlarını İslama dəvət edən məktublar çox böyük əhəmiyyətə malikdir.



Hz.Məhəmmədin dövründə Ərəbistan Yarımadasında yerləşən Misir və Həbəşistanın,həmçinin İraq-İran-Əfqanıstan ərazisində mövcud oloan Sasani hökmdarı Nuşirəvana, Şərq Roma İmperatoru Herakleosa göndərdiyi, onların özlərini və həmin dövlətlərin vətəndaşlarını İslama dəvət edən məktubların məzmununda nələr var?



Görkəmli tarixçi Necdət Sakaoğlu naməlum bir Osmanlı müəllifin 1710-cu ildə yazdığı "Kitabı İnşa mine'l-Muhtarati'l-Arifin” adlı əsərdə göndərilən məktublar və gələn cavabların tərcüməsi və araşdırılmasına yer verir.



Bu risalədə yazılanlar 628-ci ildə olan yazışmaların üzə çıxarır və rəvayətə çevrilən 9 məktub aydınlaşır: "İsa haqqında buyurduğun gerçəkdir"



"Həbəş padşahına yazılan məktubda Hz.Məhəmmədin onun özünü və xalqını İslama dəvət etməsi qarşılığında Həbəş hökmdarı Necaşi Əsama, Hz.Məhəmmədin peyğəmbərliyini təsdiqləyib və şahidlik edib. İslamiyyətin 5-ci ilində müsəlmanlar Həbəşə hicrət etməsindən 1 il sonra Həbəş hökmdarının Əmr min Ümeyye Damri vasitəsiylə

Hz.Məhəmmədə göndərdiyi məktubda belə deyilir:"Rəsulullaha salam. İsa haqqında buyurduğun gerçəkdir. Haqq nə qədər buyurdu o da elədir. Şərəfli məktubunuzun məzmununu öyrəndim. Allahın elçisi olduğun doğrudur; gerçək elçisən. İnandım və sənə beyət etdim. Əminin oğulu Cəfərə beyət edərək onun əlində müsəlman oldum."



"(Hz. Məhəmmədin Şərqi Roma İmperatoru Herakleosa göndərdiyi və onun özünü İslama dəvət edən məktubunda) Müsəlman ol. Olduğun təqdirdə Allah sənə iki dəfə savab verər. Əgər üz çevirsən buyruqlarının günahı sənin üstündədir. Əgər inansan, iki dəfə savab var: əvvəl Hz.İsaya, sonra Rəsulullaha iman gətirdiyin üçün."



Şərqi Roma İmperatoru Herakleosə:

"İslama gəlməyənləri öldürməyəcəm; xərac versinlər."


Tarix: 06.06.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar
loading...