Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan Ayinin Ezemeti.

Qur’an: «İnsanları hidayət etmək, aydın
yolu göstərmək və haqqı batildən
ayırmaq üçün Qur‘anın nazil olduğu (bu
həmin) Ramazan ayıdır. Beləliklə, kim
bu ayı görərsə (əgər səfərdə olmasa)
oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin günlərin sayı qədər
başqa vaxtda oruc tutsun. Allah sizin
üçün asanlıq istəyir, sizin üçün çətinlik
istəmir. Gərək (təyin olunmuş) sayı
kamala çatdırasınız və sizlərə doğru yol
göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə
də şükr edəsiniz.» [1] 1. Allahın Peyğəmbəri (s.a.a.):
«Ramazan günahları yandırdığına görə
Ramazan adlandırılmışdır.»[2]
2. Allahın Peyğəmbəri (s.a.a.):
«Ramazan ayının ilk gecəsi səmanın
qapıları açılar və son gecəsinədək bağlanmaz.»[3]
3. Allahın Peyğəmbəri (s.a.a.): «Əgər
bəndə Ramazan ayının qiymətini
bilərsə, ilin başdan-başa Ramazan
olmasını istər.»[4]
4. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının hilalı görünəndə
Cəhənnəmin qapıları bağlanar,
Cənnətin qapıları açılar və şeytanlar
zəncirlənərlər.»[5]
5. İmam Əli (a.s.): «Bir gün Allahın
Rəsulu (s.a.a.) bizə xütbə söyləyən zaman buyurdu:
«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət
və bağışlanmaq ayı sizə doğru
gəlməkdədir. Bu ay Allahın yanında ən
üstün ay, günləri ən yaxşı günlər,
saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət
olunmusunuz və Allahın kəramətindən
bəhrələnənlərin cərgəsində
dayanmısınız. Bu ayda sizin nəfəsləriniz
Allaha təsbih, yuxunuz ibadətdir,
əməlləriniz qəbul, dualarınız müstəcəbdır…»
Mən qalxıb ərz etdim: «Bu ayda ən
yaxşı əməl nədir?»
Allahın Peyğəmbəri (s.a.a.) buyurdu:
«Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl,
özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»[6]
6. İmam Baqir (a.s.): «Allahın Rəsulu
(s.a.a.) Şəban ayından üç gün qalmış
Bilala göstəriş verərdi ki, camaatı
toplaşmağa səsləsin. Camaat
toplananda Allahın Peyğəmbəri (s.a.a.) minbərə qalxar, Allaha həmd, tərif
söyləyəndən sonra buyurardı:
«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf
üz tutub və bu bütün ayların ağasıdır.
Onda bir gecə var ki, min aydan
yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim
bu ayı yaşasa və bağışlanmasa, Allah-
taala onu Öz rəhmətindən
uzaqlaşdırar.»[7]
7. İmam Sadiq (a.s.) (Ramazan ayının
hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz
canlarınızı zəhmətə və sə‘yə vadar edin.
Çünki bu ayda ruzilər bölünər, əcəllər
yazılar və Allah dərgahına daxil olan
qonaqların adları qeydə alınar. Bu ayda
bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»[8]
8. Allahın Peyğəmbəri (s.a.a.): «Kim
Ramazan ayını yaşasa və bağışlanmasa,
Allah-taala onu Öz rəhmətindən
uzaqlaşdırar.»[9]
9. Allahın Peyğəmbəri (s.a.a.) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu
böyük ayda Allahın bağışlanmasından
məhrum olan kimsə bədbəxtdir.»[10]
10. Allahın Peyğəmbəri (s.a.a.):
«Ramazan ayında bağışlanmayan
kimsə, bəs hansı ayda bağışlanacaq?!»[11]
11. İmam Sadiq (a.s.): «Ramazan ayında
bağışlanmayan kimsə Ərəfatda qalması
istisna olmaqla, gələn Ramazanadək
bağışlanmaz.»[12]


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar
loading...